Məhkəmə qərarları › İş №3(007)-1/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1/2022

11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1/2022 11.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Şəxs, xx xxxx 1992-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı icra etməməsinə görə barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair çıxarılmış qərara xitam verilməsi barədə vəsatətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 29 dekabr 2020-ci il tarixdə, idarə etdiyi “SAİPA” markalı, ** AL *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən yol hərəkət qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsilə məsuliyyət nəzərdə tutulan EQ seriyalı,4906696 saylı inzibati xəta haqqında elektron protokol tərtib edilmiş, sonradan həmin elektron protokol əsasında inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilərək, 50 manat cərimə olunmuşdur. Lakin Şəxs cəriməni 3 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Buna görə də 26 may 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakiminin 14 iyul 2021-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində 06 (altı) ay müddətinə nəqliyat vasitələrini idarəetmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. 19 oktyabr 2021-ci il tarixdə Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair çıxarılmış qərara xitam verilməsi barədə vəsatəti məhkəməyə daxil olmuşdur. Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs Şəxs vəsatətində göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qərarından məlumatı olmamış, bu barədə məlumat aldıqdan sonra isə cəriməni və hesablanmış dəbbə pulunu ödəmişdir. Buna görə də Şəxsyuxarıda qeyd edilənləri, inzibati cəriməni, dəbbə pulu ilə birlikdə tam olaraq ödədiyini nəzərə alaraq, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair barəsində çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qərarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə vəsatəti və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, hesab edir ki, vəsatət əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 52.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası İXM-nin 52.2-ci maddəsinə əsasən vəsatət yazılı formada verilir və ona dərhal baxılmalıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətatörətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Vəsatətə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin portalından çıxarışdan görünür ki, Şəxs EQ seriyalı,4906696 saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş qərar üzrə tətbiq edilmiş inzibati cəriməni, dəbbə pulu ilə birlikdə ödəmişdir. Buna görə də məhkəmə hesab edir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı icra etməməsinə görə Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qərarına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 152.5-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs vəsatəti təmin edilsin. Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qərarına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar