Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-10/2023 23.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxx 1971-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Naxçıvan MR, Şərur rayonu, Sədərək kəndində qeydiyyatda olan, "xxxx" MMC-nin qanuni təmsilçisi-direktoru vəzifəsində işləyən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin (köhnə) 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş 28 oktyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən hüquqi ünvanı ünvan 1nuni təmsilçisi-direktoru vəzifəsində işləyən Şəxs, cəmi 36092 manat məbləğində pul vəsaitinin və 27 manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-dən tutularaq Zərərçəkmiş şəxs MMC-yə ödənilməsinə dair Bakı Kommersiya Məhkəməsinin 13 aprel 2021-ci il tarixli e-2-2(113)-1162/2021 nömrəli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədi üzrə pul məbləğini tələbkara ödəməyərək icra sənədinin icrasını təmin etməmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1162/2021 saylı, 13 aprel 2021-ci il tarixil qətnaməsi ilə iddiaçı Zərərçəkmiş şəxs MMC-nin cavabdeh "xxxx" MMC-dən 35592 manat məbləğində əsas borc, 500 manat məbləğində cərimə olmaqla ümumilikdə 36092 məbləğində pul vəsaitinin "xxxx" MMC-dən tutularaq Zərərçəkmiş şəxs MMC-yə ödənilməsi qət edilmişdir. "xxxx" MMC-nin əmlakının və maliyyə vəsaitinin olmaması səbəbindən icra sənədinin icrası qeyri-mümkün olmuşdur. MMC-nin fəaliyyəti fasilələrlə müvafiq dövrlərdə, sonuncu dəfə isə 19 oktyabr 2021-ci il tarixdə dayandırılmışdır, hal-hazırda da fəaliyyət göstərmir, bank hesabında heç bir vəsait, adında isə heç bir əmlakı yoxdur. Lakin nəzərə alınmalıdır ki, icra sənədinin icrasından qərəzli olaraq yayınmaq niyyətləri yoxdur, MMC fəaliyyət göstərdiyi və hesabında pul olduğu zaman icra sənədinin icrası tərəflərindən təmin ediləcəkdir. Qeyd olunanları nəzərə alaraq, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin 29 noyabr 2022-ci il tarixli **********802600 nömrəli məktubundan görünür ki, uçot baza məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN **********) xx.xx.2019-cu il tarixdə vergi uçotuna alınması, fəaliyyətinin xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək dayandırılması, xx.xx.2020-ci il tarixdən bərpa edilməsi, xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılması, xx.xx.2021-ci il tarixdən bərpa edilməsi, xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, həmin maddədə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etmir. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda sözügedən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə tədqiqinin nəticələrinə əsasən məhkəmə belə qənaətə gəlir ki, borclu "xxxx" MMC-nin qanuni təmsilçisi-direktoru vəzifəsində işləyən Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilməmişdir, icra sənədinin icrasının təmin edilməməsi vəzifəli şəxs Şəxs iradəsi üzündən baş verməmişdir. Belə ki, Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin uçot baza məlumatlarına əsasən verdiyi rəsmi məlumatla təsdiq olunur ki, "xxxx" MMC fəaliyyətini 19 oktyabr 2021-ci il tarixdən 29 oktyabr 2026-cı il tarixədək olan müddət üçün dayandırmışdır, hazırda da fəaliyyəti dayandırılmış vəziyyətdədir. İcra məmuru tərəfindən görülmüş icra tədbirləri ilə isə müəyyən edilmişdir ki, MMC-nin bank hesablarında vəsaiti və ya tələbin yönəldilə biləcəyi hər hansı əmlakı yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar mövcud olmamaqla yanaşı, borclu qətnamənin icrasını həyata keçirməli olan icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmamışdır, onun hərəkətləri icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin üzürsüz səbəbdən yerinə yetirilməməsi kimi qiymətləndirilməməlidir. O cümlədən borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, lakin onun məhkəmə aktının tələbini icra etməməsi, məhkəmə aktının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirməsi, bunda qərəzli olması ilə bağlı icra məmurunun özü də konkret sübut təqdim edə bilməmişdir. Şəxsnın inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, ümumiyyətlə, onun əməlində inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, vəzifəli şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-10/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-10/2023
23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver