Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1002/2021 19.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis baş leytenantı Nəcəfov Vasif Haxverdi oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Naxçıvan MR-nın Babək rayonunun Cəhri kəndində anadan olmuş, Naxçıvan MR, Babək rayonu, Cəhri kəndində qeydiyyatda olan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2021-ci il tarixdə saat 22:00-da Bakı şəhəri, Nizami rayonu, Vəkil küçəsində polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis baş leytenantı V.H.Nəcəfov tərəfindən xx.xx.2021-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis baş leytenantı Nəcəfov Vasif Haxverdi oğlu inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin yol-patrul xidməti inspektoru, polis baş serjantı X3 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 22:00 radələrində 279 çağırışlı patrul avtomobili ilə xidmətdə olarkən “Opel” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü lüzumsuz olaraq səs siqnalından istifadə etdiyinə görə həmin avtomobili Vəkil küçəsində saxlamışlar. Sürücüyə özünü təqdim etdikdən sonra onun siqnal verməsinin səbəbini soruşduqda və avtomobilə dair sənədləri tələb etdikdə avtomobildə sərnişin qismində əyləşən, tənəffüs yollarını qoruyan tibbi maskadan istifadə etməyən və özünü avtomobilin sahibi kimi təqdim edən Şəxs kobud formada nəqliyyat vasitəsinin saxlanılmasına etirazını bildirmişdir. Şəxs sürücüyə xidmətdə olan polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamağı bildirmişdir. Avtomobildən kəskin spirt iyi gəldiyindən sürücü “ayıq sürücü” olduğunu bildirmişdir. Şəxs dəfələrlə xidmətdə olan polis əməkdaşının xidmətinə müdaxilə etməməyi, polisin qanuni tələbinə tabe olmağı, eyni zamanda şəxsiyyətlərini müəyyənləşdirmək üçün adlarını soruşmağına baxmayaraq Şəxs öz hərəkətlərini davam etdirərək, qanuni tələblərinə tabe olmamışdır. O, PPX əməkdaşlarını köməyə çağırmışdır. Şəxs PPX əməkdaşları tərəfindən bölməyə dəvət edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə axşam saatlarında dostu ona məxsus “Opel” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, o, avtomobildə sərnişin qismində əyləşmişdir. 279 çağırışlı patrul avtomobili qəflətən onların avtomobilinin qarşısına çıxaraq qəza şəraiti yaratmışdır. Bu zaman dostu siqnal vermişdir. Bundan sonra polis əməkdaşı onların avtomobilini saxlamış, polis əməkdaşı Bayramov Asifbəy onların avtomobilinə yaxınlaşaraq özünü təqdim etmədən, kobud şəkildə dostunun üstünə qışqıraraq nə səbəbə siqnal verdiyini soruşmuşdur. Dostu qəflətən onların avtomobilinin qarşısına çıxaraq qəza şəraiti yaratdığını, ona görə də siqnal verməli olduğunu demişdir. Polis əməkdaşı dostunun adını, soyadını, ata adını soruşduqda o, müdaxilə edərək polis əməkdaşına əvvəlcə özünü təqdim etməli olduğunu bildirmişdir. Bunu eşidən digər polis əməkdaşı yaxınlaşaraq bildirmişdir ki, “yaxşı edirik, sən kimsən ki, müdaxilə edirsən”. O, yenə polis əməkdaşlarına özlərini təqdim etmələrini bildirmiş, lakin polis əməkdaşları özlərini təqdim etməmişlər. Hətta polis əməkdaşlarından biri əlini avtomobilin pəncərəsindən içəri salaraq kobudluq etmişdir. 102 xidmətinə zəng etmişdir. Sonra onu 23-cü PB-nə gətirmişlər. O, polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli tutma protokolundan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 23:30-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edərkən onun inzibati qaydada tutulmasını və İXM-nin 31.4-1-ci maddəsinin tələblərini də nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 2 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 №-li qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında nəzərə alınmaqla 12 manat (2x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.1994-cü il tarixdə Naxçıvan MR-nın Babək rayonunun Cəhri kəndində anadan olmuş, Naxçıvan MR, Babək rayonu, Cəhri kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil 12 (on iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1002/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1002/2021
19.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver