Məhkəmə qərarları › İş №3(007)-1006/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1006/2025

11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1006/2025 11.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN-in Baş X10i İdarəsinin 05 fevral 2025-ci il tarixli, EQ seriyalı, 25913565 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası DİN-in Baş X10i İdarəsinin 05 fevral 2025-ci il tarixli, EQ seriyalı, 25913565 nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin xx.xx.2025-ci il tarixli, EQ 25913565 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 50 manat cərimə edilmişdir. Nəzərə çadırır ki, “Mercedes Benz E 300 markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobil atası X4 xüsusi mülkiyyətindədir. Atası ona etibarnamə verib və o, nadir hallarda avtomobili idarə edir. Bütün cərimələr nədənsə onun adına gəlir. Lakin həmin gün avtomobili həmişə olduğu kimi atası - avtomobilin mülkiyyətçisi Sehran Əkbərov idarə etmişdir. Eyni zamanda, onun öz şəxsi “BMW” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobili var və o, öz avtomobilini idarə edir. İnzaibat xətanı törətmədiyi halda niyə o, inzibati məsuliyyətə cəlb olunmalıdır? Buna görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin Mərkəzi İnformasiya sistemin xx.xx.2025-ci il il tarixli, EQ 25913565 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi tələbi ilə əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Umudu ancaq məhkəməyədir. Qeyd olunanlara əsasən X5 barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin xx.xx.2025-ci il tarixli, EQ 25913565 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında ış üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Qərardan şikayət vermiş X5 ərizə ilə məhkəməyə müraciət edərək, şikayəti üzrə məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək qərar qəbul olunmasını və X4 şahid kimi ifadə verməsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə həmin ərizəni nəzərə alaraq, şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını və qeyd olunan şəxsin şahid qismində dindirilməsini mümkün hesab etmişdir. Şikayətə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN-in Baş X10i İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, qərardan şikayət vermiş Milad Əkbərzadə onun oğludur. “Mercedes Benz minik” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ üzrə onun özünə məxsus olmaqla əsasən özü tərəfindən idarə olunur. Miladın özünün də istifadəsində avtomobil vardır, lakin zəruri hallarda onun da avtomobilini idarə edə bilməsi üçün Miladın adına etibarnamə vermişdir. İnzibati xətanın qeydə alındığı 05 fevral 2025-ci il tarixdə saat 10:09 radələrində “Mercedes Benz minik” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobil məhz özünün istifadəsində və idarəçiliyində olmuşdur. Onun tərəfindən isə qeyd olunan inzibati xətaya yol verilməsi barədə sübutlar yoxdur. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Azərbaycan Respublikası DİN-in Baş X10i İdarəsinin 05 fevral 2025-ci il tarixli, EQ seriyalı, 25913565 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, ünvan 1 ünvanında 05 fevral 2025-ci il tarixdə saat 10:09-da “Mercedes Benz E300 minik” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X5 “Nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə” Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs kimi barəsində 50 manat cərimə tənbeh növü tətbiq edilmişdir; - BA seriyalı, 362858 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Mercedes Benz E300 minik” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X6r; - BB seriyalı, 574614 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “BMW 328İ minik” markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2r; - 27 fevral 2024-cü il tarixdə notariat qaydada verilmiş ƏN-Vİ seriyalı, 892824 nömrəli etibarnamənin surətindən görünür ki, X7 “Mercedes Benz E300 minik” markalı **- DE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair X3 idarə etmə səlahiyyəti vermişdir, etibarnamə 01 iyul 2026-cı il tarixədək qüvvədədir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 330.0.1-ci maddəsinə əsasən sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə - əlli manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmiş, X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq və sübut edən müvafiq sübutlar əldə edilməmişdir. Belə ki, “Mercedes Benz minik” markalı ** DH *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X6r, mülkiyyətçi tərəfindən avtomobilə dair idarə etmə səlahiyyəti ilə X3 notariat qaydada etibarnamə verilmişdir. Lakin törədilməsi ehtimal edilən inzibati xətanın avtomobilin məhz X1 idarə etməsi zamanı qeydə alındığına dair sübutlar mövcud deyildir. Belə olan halda, inzibati xətanın X5 tərəfindən törədildiyi barədə qənaətə gəlmək üçün hüquqi əsaslar yoxdur. Yuxarıda qeyd edildiyi kimi, məhkəmədə şikayətə baxılarkən müvafiq tədbirlər görülməsinə baxmayaraq, qərarı barəsində şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, qərarın əsaslılığına dair sübutlarını təqdim etməmişdir. Hansı ki, qanunvericiliyin tələbinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bununla da, məhkəmə iclasında X1 Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş “sürücü tərəfindən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsi” faktiki olaraq müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, onun tərəfindən 05 fevral 2025-ci il tarixdə nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə dair sübut əldə edilməmiş, habelə məhkəmədə şikayətə baxılarkən də təqdim edilməmişdir. Ona görə X1 əməlində inzibati xəta tərkibi olmadığından şikayət təmin olunaraq, mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN-in Baş X10i İdarəsinin X1 Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsi ilə 50 manat məbləğində inzibati cərimə edilməsinə dair 05 fevral 2025-ci il tarixli, EQ seriyalı, 25913565 nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar