Məhkəmə qərarları › İş №3(007)-1008/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1008/2022

24.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1008/2022 24.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, X3 Bəxtiyar oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, X1 Bakı şəhər Nizami RPİ-nin DYPŞ-nin xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, MÜƏYYƏN E T D İ: Daxil olmuş şikayətdən və Bakı şəhər Nizami RPİ-nin DYPŞ-nin xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 xx.xx.2021-ci il tarixdə saat 23:00-da idarə etdiyi “HYUNDAİ TUCSON” minik markalı ** XT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu M.Əliyev küçəsi ilə hərərkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat tənbeh edilmişdir. Həmin qərardan X2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayət məhkəmənin icraatına qəbul edilərək xx.xx.2022-ci il tarixdə saat 15:10 məhkəmə baxışına təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə X2 məhkəməyə ərizə təqdim edərək şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən, edilmiş etirazlar və verilmiş vəsatətlər həll edilir. Odur ki, X1 Bakı şəhər Nizami RPİ-nin DYPŞ-nin xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət və sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: X1 Bakı şəhər Nizami RPİ-nin DYPŞ-nin xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və sənədlər geri qaytarılsın. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar