Məhkəmə qərarları › İş №3(007)-1009/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1009/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1009/2025 25.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X6 iclas katibliyi, X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin baş məsləhətçisi-X3 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-cü il tarixli, MN ******* saylı qərarından şikayət verərək, qərarı ləğv edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, Azərbaycan Respublikası Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2025-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinməklə 1500 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vanında X11 Xidməti Bakı şəhər İdarəsinin 05 fevral 2025-ci il tarixdə onun barəsində inzibati tənbeh vermə haqqında qərar (MN 1808915) qəbul edilmişdir. Həmin qərar əsasında o, Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsinə əsasən (“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) təqsirli bilinərək barəsində 1500 (bir min beş yüz) manat cərimə tətbiq edilmişdir. Sözügedən qərarı 12 fevral 2025-ci il tarixdə rəsmi qaydada almışdır. O hesab edir ki, qəbul edilmiş qərar əsassızdır və qanunvericiliyin pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən 15 yanvar 2025-ci il tarixli 3-17-5/2- 3333/2025 saylı məktub göndərilmiş və həmin məktubda 7 (yeddi) iş günü ərzində işçilərin icbari sığortalanmasının təmin edilməsi qeyd edilmişdir. Həmin məktub ona poçt vasitəsilə 25 yanvar 2025-ci il tarixdə çatmışdır. Həmin məktubu aldıqdan sonra xx.xx.2025-ci il tarixdə “Qala həyat" sığorta şirkətində işçiləri sığortalamışdır. Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinə məlumat verdikdə onun barəsində artıq qərar qəbul edildiyini bildirdilər. Lakin inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan qanunsuzluğa yol vermiş, heç bir əsas olmadan onun əməlində İXM-in 469.2-ci maddəsinin nəzərdə tutulan tərkibin olmasını hesab edərək əsassız qərar çıxartmışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq məhkəmədən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-cü il tarixli, MN ******* saylı qərarının ləğv olunmasını, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin baş məsləhətçisi - X5 məhkəmə iclasında çıxış edərək şikayətin əsassız olduğunu, təmin olunmamasını və qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-cü il tarixli, MN ******* saylı qərara əsasən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinməklə 1500 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli işçilərin bədbəxt hadisələrdən sığortalanmasına dair xəbərdaredici məktubla fiziki şəxs X7 7 iş günü ərzində işçilərin icbari sığortasının təmin olunması və DƏMX-nin Bakı şəhər Ərazi İdarəsinə məlumat verilməsi barədə xəbərdar edilmişdir. Şəxsin təqsirinin sübut olunması üçün “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Belə ki, fiziki şəxsə xəbərdaredici məktub DƏMX tərəfindən xx.xx.2025-ci il tarixdə göndərilmiş, iş materiallarında olan xəbərnaməyə əsasən xx.xx.2025-ci il tarixdə isə fiziki şəxs Z.Əhmədova qeyd olunan məktub çatmışdır. xx.xx.2025-ci il tarixdə işçilərin icbari sığortası “Qala Həyat” sığorta şirkəti vasitəsilə həyata keçirilmiş və bu barədə DƏMX-nə məlumat verilmişdir. Bununla da məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qanunvericilikdə 7 gün möhlət nəzərdə tutulduğu halda fiziki şəxs tərəfindən işçilərin icbari sığortalanması məktub əldə edildikdən 1 gün sonra həyata keçirilmişdir. Qeyd olunanlara əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, şikayətçi Ziyafət Əhmədovun hərəkətlərində İXM-nin 469.2-ci maddəsinin tərkib əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, işin yuxarıda istinad olunan, faktiki müəyyən edilmiş hallarına əsasən mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X7 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar