Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1011/2022 10.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X1, “X6” İB-nin nümayəndəsi X5 iştirakları ilə, “X6” İB-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətindən daxil olmuş 19 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən “X6” İB-nin direktoru Şəxs tərəfindən X2 ünvan 1 ünvanında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-3-cü və 49-cu maddələrinin tələbləri pozularaq hal-hazıradək əmək müqaviləsiz işlərin görülməsinə cəlb edilmişdir. Nəticədə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə 19 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərardada əsasən 19 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair materialın məhkəməyə göndərilməsi qərara alınsa da və Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsində vəzifəli şəxsin deyil, hüquqi şəxs barəsində inzibati tənbehin yalnız hakim tərəfindən tətbiq edilməsi nəzərdə tutulsa da, məhkəməyə “X6” İB-nin barəsindəki 19 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material deyil, onun vəzifəli şəxsi Şəxs barəsindəki 19 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material məhkəməyə göndərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 19 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material məhkəməyə səhvən göndərildiyi, vəzifəli şəxsin barəsində inzibati xəta haqqında protokola, onu tərtib etmiş orqanın səlahiyyətli vəzifəli şəxsi tərəfindən baxılmalı olduğu üçün material geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 103.2 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X6” İB-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş 19 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1011/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1011/2022
10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver