Məhkəmə qərarları › İş №3(007)-1012/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1012/2022

27.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1012/2022 27.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx.xx.2022-ci il tarixdə X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərardan verdiyi şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalı və şikayətdə yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən şikayət vermək hüququ tərəfə izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Lakin şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, X3 tərəfindən şikayət ərizəsinə, onun məhkəməyə şikayət verməsinə əsas olmuş protokolun və qərarın surəti, habelə fərdi sahibkar olmasını təsdiq edən və fərdi sahibkar olmasına görə qeyd edilən tarixdə elektron icazə almasını təsdiq edən sənədlər əlavə edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalı, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ X2 izah edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 barəsində tərtib inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərardan verdiyi şikayət baxılmadan geri qaytarılsın. X2 qərardadda göstərilən nöqsan aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunur. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar