Məhkəmə qərarları › İş №3(007)-1015/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1015/2023

09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1015/2023 09.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X4 iclas katibliyi ilə, Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, İ.İsmayılov küçəsində fərdi evdə kirayə yaşayan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Şəxs etibarnamə ilə idarə etdiyi “Honda-Civic” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Q.Qarayev prospekti istiqamətindən Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi ilə M.Abbasov küçəsinə doğru istiqamətdə 30-40 km/saat sürətlə sağ hərəkət zolağı ilə hərəkət edib yolun K.Balakişiyev küçəsi ilə kəsişməsində həmin küçəyə dönmək üçün sola manevr edib yolu dəyişdikdə eyni istiqamətdə sol zolaqla düzünə 50-60 km/saat sürətlə hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota-Prius” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sol zolağında toqquşmuş, zərbədən sonuncu avtomobil yolun solundakı səkinin üstünə qalxmış, sürücü Şəxs bu ehtiyatsız davranışı nəticəsində digər sürücü Zərərçəkmiş şəxs, sonuncunun avtomobilində sərnişin kimi olan X6 və X5 xəsarət alaraq Sabunçu tibb mərkəzinə müraciət etmişlər. Bununla da o, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 11 fevral 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Nizami RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Emil Hacıyevin 01 fevral 2023-cü il tarixli qərarı əsasında tərtib edilmişdir. Həmin qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir, barəsində inzibati tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində etibarnamə ilə idarə etdiyi “Honda-Civic” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Q.Qarayev prospekti istiqamətindən Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi ilə M.Abbasov küçəsinə doğru istiqamətdə 30-40 km/saat sürətlə sağ hərəkət zolağı ilə hərəkət edib yolun K.Balakişiyev küçəsi ilə kəsişməsində həmin küçəyə dönmək üçün sola manevr edib yolu dəyişdikdə eyni istiqamətdə sol zolaqla düzünə 50-60 km/saat sürətlə hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota-Prius” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sol zolağında toqquşmuş, onun bu ehtiyatsız və diqqətsiz davranışı nəticəsində Zərərçəkmiş şəxs, X6 və X5 xəsarət almışdır. Hazırda zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödədiyini və zərərçəkmiş şəxlərin ondan heç bir şikayət və tələbinin olmadığını, onunla barışdıqlarını bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) və zərəçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında zərərçəkmiş şəxslərlə əlaqə saxlanılmış, onlar da barəsində inzibati xətaya dair iş aparılan şəxsdən şikayətçi olmadıqlarını,ona qarşı hər hansısa tələbin olmadığını bildirdilər. AR-sı İXM-nin Məcəlləsinin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi İXM-in 327.8-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Təhqiqat materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 14 saylı ekspert rəyinə əsasən X1 təpə nahiyyəsinin şişkinlik halında əzilməsi, sol gözətrafı nahiyyəsinin və sol dirsək nahiyyəsinin qançırları olmuş, həmin xəsarətlərin xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınması mümkündür, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Təhqiqat materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il 15 saylı ekspert rəyinə əsasən X3 bədənində xəsarət izləri tapılmamış, buna görə də F.F.Əliyevanın xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alıb-almaması barədə fikir söyləmək mümkün olmamışdır. Təhqiqat materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli xx.xx.2023-cü il tarixli 34 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınması mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Eyni zamanda təhqiqat materialların əlavə edilmiş xx.xx.2023-cü il tarixli 8/65 saylı rəyə əsasən “Honda-Civic” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci və 6-cı hissələrinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol ilə, xx.xx.2023-cü il tarixli, 8/65 nömrəli ekspert rəyi, xx.xx.2023-cü il tarixli 34 saylı ekspert rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə 01 fevral 2023-cü il tarixli qərar ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, zərərçəkmişə vurulmuş ziyanın ödənilməsi, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, 200 manat (iki yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar