Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1018/2022 26.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X2, tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.Axudov küçəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Həsənova (Zeynalova) Könül İslam qızının, barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2(007)-1904/2020 saylı icra vərəqəsindən görünür ki, ünvan 3 ünvanından 1) yataq dəsti; 2) stol-stul; 3) şkaf-qorka; 4) uşaq yataq dəsti; 5) divan kreslo dəsti; 6) kəfkirli saat; 7) qırmızı rəngli begema qrafin 5 ədəd rumka (biri sınıb); 8) xrustal güldan 1 ədəd; 9) Madonna güldan 1 ədəd; 10) Madonna üzümmeyvə qabı 2 ədəd; 11) 1 ədəd xrustal hündür meyvə qabı; 12) 2 ədəd çörək qabı; 13) dəmir çaynik qəfədan 1 dəst; 14) sok çəkən çaşın 1 ədəd; 15) 1 ədəd yekə vanna; 16) 1 ədəd kiçik vanna; 17) zibil vedrəsi 1 ədəd; 18) 1aşıq dəsti, bıçaq, çay, çörək, limon,qaşığı, tort qaşığı 12 ədəd; 19) 2 ədəd şüşə qapaqlı qazan dəsti; 20) emalirovannı göy qazan dəsti 4 ədəd; 21) fındıq qıran, sarımsaq əzən, qayçılı bıçaq dəsti taxta 1 dəst; 22) taxta karniz 1 ədəd; 23) çil-çıraq 1 ədəd; 24) yastıq 3 ədəd; 25) iki yataqlı döşək 1 ədəd; 26) iki yataqlı yorğan 1 ədəd; 27) uşaq üçün yastıq 1 ədəd; 28) uşaq üçün döşək 1 ədəd; 29) uşaq üçün yorğan 1 ədəd; 30) uşaq üçün pokrıval çəhrayı 1 dəst çıxarılaraq məcburi qaydada Həsənova (Zeynalova) Könül İslam qızına təhvil verilməsi təmin edilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş 26 aprel 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Həsənova (Zeynalova) Könül İslam qızı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2(007)-1904/2020 saylı icra vərəqəsi üzrə tələbi təmin etməmidiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X4 izahatında göstərmişdir ki, Həsənova (Zeynalova) Könül İslam qızı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2(007)-1904/2020 saylı icra vərəqəsi üzrə tələbi təmin etməmişdir. Bu səbəbdən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tələbkar X3 izahatında göstərmişdir ki, borclu Həsənova (Zeynalova) Könül İslam qızı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2(007)-1904/2020 saylı icra vərəqəsi üzrə tələbi təmin etməmiş, adıçəkilən əşyaları götürməkdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Həsənova (Zeynalova) Könül İslam qızı izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2(007)-1904/2020 saylı icra vərəqəsi üzrə tələbi təmin etməkdən imtina etmir. Belə ki, X5 2013-cü ildə ona məxsus 108 predmet əşya təhvil vermiş və həmin cehiz əşyaların üzərinə həbs qoyulmasına baxmayaraq əşyaların yerləri dəyişdirilmiş və yararsız hala düşmüşdür. Həmin əşyalar yararsız olduğundan onları qəbul etmir və həmin əmlakların maddi dəyərinin qiymətəndirilərək dəyərini tələb edir. Odur ki, onun barəsində başlanılmış iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, icra məmurunun, tələbkarların və borclunun izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Həsənova (Zeynalova) Könül İslam qızının inzibati xəta törətməsi tam sübuta yetirilir və onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2(007)- 1904/2020 saylı icra vərəqəsinin icrası ilə əlaqədar toplanmış və icra məmuru tərəfindən inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərin təhlili belə qənaətə gəlməyə tam əsas verir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İcra haqqında” Qanun) 2 və 3-cü maddələri). Məhkəmə qərarlarının icrasının məcburiliyi «Məhkəmələr və hakimlər haqqında» Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “İcra haqqında” Qanun) 2 və 3-cü maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Həmçinin Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinin tələbinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə borclu Həsənova (Zeynalova) Könül İslam qızının bаrəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.2, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. İş üzrə Həsənova (Zeynalova) Könül İslam qızının məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, borclu Həsənova (Zeynalova) Könül İslam qızına münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən etmir. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, Həsənova (Zeynalova) Könül İslam qızının barəsində törətdiyi xətanı nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə cərimə tənbeh tədbirinin tətbiq edilməsini tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ M: Həsənova (Zeynalova) Könül İslam qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə ilə tənbeh edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1018/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1018/2022
26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver