Məhkəmə qərarları › İş №3(007)-1024/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1024/2022

12.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1024/2022 12.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X7, tələbkarın nümayəndəsi X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakları ilə, 03 aprel 1992-ci il tarixdə Naxçıvan MR-nın Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, X2 barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3104/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, X1 xx.xx.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 2069 manat əsas borc, 50 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 1612 manat əsas borc, 40 manat cərimə, cəmi 3771 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İnzibati işdə olan qərardan görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2 (007) 3104/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsi Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icraatına daxil olmuş və icra sənədinin icrasına başlanılmışdır. İnzibati işdə olan bildirişdən görünür ki, icra sənədi üzrə borclu X3 tələbin könüllü icrası barədə məlumatlar göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X12 tərəfindən tərtib olunmuş 28 aprel 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2 (007) 3104/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə X4 3801 manat borcu "xxxx" MMC-nin xeyrinə ödəməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X12 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2 (007) 3104/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, X1 xx.xx.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 2069 manat əsas borc, 50 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 1612 manat əsas borc, 40 manat cərimə, cəmi 3771 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Borclu X4 3801 manat borcu "xxxx" MMC-nin xeyrinə ödəməmişdir. Faktla bağlı tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X10 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2 (007) 3104/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, X1 xx.xx.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 2069 manat əsas borc, 50 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 1612 manat əsas borc, 40 manat cərimə, cəmi 3771 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iclasında borclu X4 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2 (007)-3104/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, ondan xx.xx.2020-ci il tarixli müqavilə üzrə 2069 manat əsas borc, 50 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1612 manat əsas borc, 40 manat cərimə, cəmi 3771 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İcra vərəqəsi üzrə müəyyən olunmuş borcu "xxxx" MMC-nin xeyrinə ödəmiş və barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, tərəflərin izahatını dinləyərək hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, X2 Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2 (007) 3104/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə müəyyən olunmuş borcu ödəməsi onu göstərir ki, borclu tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilmişdir. Odur ki, X2 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu X2 barəsində tərtib olunmuş 28 aprel 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar