Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1027/2022 10.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X1, tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 28 oktyabr 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5465/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 19000 ABŞ dolları məbləğində (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul və 30 manat dövlət rüsumu Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İnzibati işdə olan qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5465/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icraatına daxil olmuş və icra sənədinin icrasına başlanılmışdır. İnzibati işdə olan bildirişdən görünür ki, icra sənədi üzrə borclu Şəxs tələbin könüllü icrası barədə məlumatlar göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş 26 aprel 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5465/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə qalan 11 000 ABŞ dolları məbləğində borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X2 izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5465/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən, Şəxs 19 000 ABŞ dolları məbləğində (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul və 30 manat dövlət rüsumu Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İcra sənədi üzrə borclu tərəfindən tələbkara əvvəllər ödənişlər edilsə də, hal-hazırda 11.000 ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır. Faktla bağlı tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5465/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən, Şəxs 19 000 ABŞ dolları məbləğində (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul və 30 manat dövlət rüsumu onun xeyrinə tutulmalıdır. İcra sənədi üzrə Şəxs 11.000 ABŞ dolları məbləğində ona ödənilməmiş borcu qalmışdır. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103) 5465/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən, ondan 19.000 ABŞ dolları məbləğində (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul və 30 manat dövlət rüsumu Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İcra sənədi üzrə tərəfindən tələbkara əvvəllər ödənişlər edilmiş və 11.000 ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır. Bununla belə, tələbkar Zərərçəkmiş şəxs bank hesabına xx.xx.2022-ci ildə 400 ABŞ dolları və xx.xx.2022-ci il tarixdə 400 ABŞ dolları olmaqla, cəmi 800 ABŞ dolları məbləğində ödəniş etmişdir. Qeyd olunanların nəzərə alınaraq barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, tərəflərin izahatını dinləyərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşə əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5465/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən, borclu Şəxs tərəfindən xx.xx.2022-ci ildə 400 ABŞ dolları və xx.xx.2022-ci il tarixdə 400 ABŞ dolları olmaqla, cəmi 800 ABŞ dolları məbləğində vəsait tələbkar Zərərçəkmiş şəxs bank hesabına ödənilmişdir. Məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5465/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclu tərəfindən tələbkara ödənişlərin edilməsi faktı onu göstərir ki, borclunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbinin yerinə yetirilməsindən yayınması istisna edilir. Odur ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində tərtib olunmuş 26 aprel 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1027/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1027/2022
10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver