Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1037/2020 26.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi ilə, Qusar rayon Polis Şöbəsinin İTB-nin XÜ baş inspektoru, polis mayoru C.T.Heydərov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 rayon Polis Şöbəsinin İTB-nin XÜ baş inspektoru, polis mayoru C.T.Heydərov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə oğlu X3 idarə etdiyi **- NN-*** dövlət nömrə nişanlı şəxsi avtomobili ilə pandemiya dövründə oğlu və iki qızı ilə birlikdə yaşadıqları oğluna məxsus olan Qusar rayonunun Hiloba kəndində (0.15 ha) həyətyanı torpaq sahəsinin üzərindən inşa edilmiş fərdi yaşayış evindən üzü Quba-Bakı istiqamətində hərəkət edərkən avtomobilləri polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onlara yaxınlaşan polis əməkdaşları icazə vərəqlərinin təqdim edilməsini tələb etdikdə, cavab olaraq Qusar rayonunun ərazisində xüsusi karantin rejiminin tətbiq edilmədiyini (sms icazə tələb edilmir), eyni zamanda avtomobildə olan bütün ailə üzvlərinin ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşadıqları üçün Bakı şəhərinə getdiklərini bildirmişlər. Polis əməkdaşları onların qanun pozuntusuna yol verdiklərini bildirsələr də hansı hüquqazidd hərəkətləri ilə, hansı qanun pozuntusuna yol verdiklərini izah edə bilməmişlər. Bu zaman polis əməkdaşlarına bir daha əslən Qusarlı olduqlarını, rayonun Hiloba kəndi ərazisində ailələrinə məxsus fərdi yaşayış evində faktiki olaraq yaşadıqlarını, oğlu X3 rayon ərazisində fermer təsərrüfatı ilə məşğul olmasını və bununla əlaqədar uzun müddət öncə hələ ölkə ərazisində karantin rejimi tətbiq edilmədən ailəliklə Qusar rayonuna gəldiklərini və burada yaşadıqlarını bildirsələr də bu izahatları nəzərə alınmadan barələrində inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Onun barəsində qəbul edilmiş qərarın məzmunundan görünür ki, polis əməkdaşı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin hansı tələbini, hansı formada pozulmasını əsaslandıra bilməmişdir. Halbuki inzibati qanunvericiliyin tələblərinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən həmin qərar inzibati orqan tərəfindən lazımı qaydada əsaslandırılmalı idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər birədə” xx xxxx 2020-ci il tarixli, 208 nömrəli və “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” x xxxx 2020-ci il tarixli, 206 nömrəli qərarlarından göründüyü kimi barəsində inzibati tənbeh haqqında qərar qəbul edildiyi Qusar rayonunun ərazisində xüsusi karantin rejimi tətbiq edilməmiş və vətəndaşların SMS icazə vasitəsi ilə hərəkət etməsi tələb olmamışdır. Həmçinin Respublikanın bölgələrində olan Bakı şəhərində qeydiyyatda olan vətəndaşların öz evlərinə qayıtmasına da hər hansı məhdudiyyət mövcud olmamışdır. Qusar rayon Polis Şöbəsi xx.xx.2020-ci il tarixli, 149-15575-1220 nömrəli məktubla məhkəməyə müraciət edərək xidməti zərurətlə əlaqədar olaraq məhkəmə prosesində əməkdaşlarının iştirakının mümkün olmadığını bildirmişdir. Məhkəmə işə Qusar rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Qusar rayon Polis Şöbəsinin İTB-nin XÜ baş inspektoru, polis mayoru C.T.Heydərov tərəfindən tərtib edilmiş MN seriyalı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X4 xx.xx.2020-ci il tarixdə müəyyən edilmiş qaydada icazə olmadan yaşadığı Bakı şəhərini tərk edib Qusar rayonuna gələrək xüsusi karantin rejimi qaydalarını pozmuşdur. Nəticədə X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. - Qusar rayon Polis Şöbəsinin İTB-nin XÜ baş inspektoru, polis mayoru C.T.Heydərov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 200 manat məbləğində cərimə edilmişdir. - AZE seriyalı, 01696291 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 yaşayış yeri ünvan 1 ünvanıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə xx.xx.2020-ci il tarixli, 208 nömrəli qərarına əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə xx.xx.2020-ci il tarixli, 236 nömrəli qərarının 1-ci bəndinə əsasən “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir: 1.1. adında və 6.1-ci bəndində “şəhərlərinin və Abşeron rayonunun” sözləri “, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının” sözləri ilə əvəz edilmiş; 1.2. 1-ci hissədə “şəhərlərinin və Abşeron rayonunun” sözləri “, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının” sözləri ilə, “5 iyul” sözləri “20 iyul” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Məhkəmə iclasında X2 Bakı şəhərində karantin rejimi tətbiq edilməmişdən əvvəl deyil, karantin rejimi dövründə Qusar rayonuna getməsi sübuta yetirilmədi. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Qusar rayon Polis Şöbəsinin İTB-nin XÜ baş inspektoru, polis mayoru C.T.Heydərov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Qusar rayon Polis Şöbəsinin İTB-nin XÜ baş inspektoru, polis mayoru C.T.Heydərov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1037/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1037/2020
26.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver