Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1037/2021 09.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclas katibi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 333.1 və 342.5-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsi Dövlət X1 daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər BPİ DYPİ-də xx xxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda göstərilmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 23:52-də Q.Qarayev-Nəsimi küçələrinin kəsişməsində “Subaru Outback minik” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs xarici işıq clhazları və ya qabaq silgəci və şüşəyuyanları nasaz olan nəqliyyat vasitəsini, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs kimi alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(007)-544/2020 saylı qərarına əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Qeyd olunan qərardan Şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-1110/2020 saylı qərarına əsasən, şikayətin qismən təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(007)-544/2020 saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(007)-544/2020 saylı qərarına əsasən, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X2 rəisi R.Piriyev tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-2301/2020 saylı qərarına əsasən, şikayətin qismən təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(007)-544/2020 saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 23:52-də Q.Qarayev-Nəsimi küçələrinin kəsişməsində “Subaru Outback minik” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən YPX əməkdaşı tərəfindən saxlanılmışdır. Saxlanılmasının səbəbi xarici işıq cihazlarında guya nasazlıq olması ilə bağlı olmuşdur. Lakin o, avtomobilində belə problemin olmadığını bildirmişdir. YPX əməkdaşı ondan spirtli içki qoxusu gəldiyini bildirərək alkotester vasitəsi ilə müayinədən keçməsini təklif etmişdir. O, alkotesterin mötəbərliyinə inanmayaraq həkim müayinəsindən keçirilməsini, ondan qan analizi götürülməsini tələb etmişdir. Narkoloji Mərkəzdə qanından heç bir analiz götürülmədiyinə baxmayaraq, onda yüngül sərxoşluq vəziyyətinin aşkar olunması bildirilmişdir. Müayinə aparatı sərxoş olmayan hər hansı nəfərin üzərində test olunmamış, ona görə o, etirazını bildirmişdir. Habelə, müayinə ilə bağlı protokol və ya akt tərtib edilməmiş, imzalamaq üçün ona təqdim edilməmişdir. Hesab edir ki, əməlində inzibati xəta tərkibi yoxdur. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmiş Bakı şəhər Baş Polis İdarəsi Dövlət X3 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhər Baş Polis İdarəsi Dövlət X2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrin səlahiyyətinə aid edilməməsi nəzərə alınmalı və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda isə müəyyən edilmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 23:52də Q.Qarayev-Nəsimi küçələrinin kəsişməsində “Subaru Outback minik” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs xarici işıq clhazları və ya qabaq silgəci və şüşəyuyanları nasaz olan nəqliyyat vasitəsini, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs kimi alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Beləliklə iş materiallarından görünür ki, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsinə görə inzibati xətanın tərkibi xx xxxx 2020-ci il tarixdə yaranmışdır. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Göründüyü kimi, işə baxılan vaxt artıq Şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2 və 114.2.1-ci maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 53.0 və 53.0.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1037/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1037/2021
09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver