Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1044/2022 27.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhəri, Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X5, tələbkar X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs, barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin rəisi ədliyyə müşaviri Rəşad Hacıyev tərəfindən qəbul edilmiş “bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında” 27 aprel 2022-ci il tarixli qərardan görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)-1903/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, Şəxs və X1 4232,64 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir; Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3158/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, Şəxs 24 sentyabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməlidir. İnzibati işdə olan xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli qərarlardan görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)-1903/2019 nömrəli, xx.xx.2019-cu il tarixli və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3158/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədləri Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icraatına daxil olmuş və icra sənədlərinin icrasına başlanılmışdır. İnzibati işdə olan xx.xx.2019-cu il və xx.xx.2019-cü il tarixli bildirişlərdən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Bakı şəhəri, Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X8 tərəfindən tərtib olunmuş 27 aprel 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində olan “bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında” qərara əsasən, 1120 manat aliment borcunu X4 və 4232,64 manat pulu "xxxx" ASC-nin xeyrinə ödəməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X8 izahatında göstərmişdir ki, Abşeron rayon Məhkəməsinin 2(012)-1903/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, Şəxs və X1 4232,64 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007) 3158/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, Şəxs 24 sentyabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməlidir. İcra sənədləri Nizami rayon icra şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında müvafiq qərarlar qəbul edilmişdir. Tələbin könüllü icrası haqqında borclu Şəxs bildiriş göndərilməklə müvafiq icra tədbirləri görülmüşdür. Lakin Şəxs icra sənədləri üzrə borcunu ödəmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tələbkar X6 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007) 3158/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, Şəxs 24 sentyabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq ona verilməlidir. İcra sənədi üzrə 1120 manat aliment borcu yaranmışdır. Şəxs aliment borcunu ödəmək üçün vaxt verilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərmişdir ki, Abşeron rayon Məhkəməsinin 2(012)-1903/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, ondan və X1 4232,64 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3158/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, 24 sentyabr 2007ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment ondan tutularaq X4 verilməlidir. İcra sənədi üzrə 1120 manat alimenti və digər borcu ödəməsi üçün ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş sənədlərlə əlaqəli araşdırıb, tərəflərin izahatını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, tələbkar X2 ərizəsindən görünür ki, sonuncu borclu Şəxs aliment borcunun ödənilməsi üçün vaxt verilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki halda tələbkar X2 ərizəsi və borclu Şəxs borcun ödənilməsi ilə bağlı göstərdiyi təşəbbüs icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilə bilməz. Odur ki, borclu Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində tərtib olunmuş 27 aprel 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1044/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1044/2022
27.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver