Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1045/2024 25.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti polkovnikleytenantı X2 tərəfindən tərtib edilmiş 26 dekabr 2023-cü il tarixli, 00800-01005/23 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən ixrac edilən malların müqabilində valyuta vəsaitlərinin müvəkkil bankın hesabına köçürülməsi haqqında hüquqi şəxsin ünvanına 3-33-3100/2-005333/2023 nömrəli xx.xx.2023-cü il tarixli bildiriş göndərilmişdir. Lakin, cəmiyyət tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən konsiqnasiya yolu ilə ixrac edilən malların (işlərin,xidmətlərin) müqabilində vəsaitlərin bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi haqqında məlumatlar təqdim edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, **********6447 nömrəli ixrac gömrük bəyannaməsində göstərilən müqavilə “Sözleşme” No: TR23-02-14 üç tərəfli olmuşdur. Satıcı Şəxs MMC alıcı “M PRO SES İŞİK GÖRÜNTÜ SİST. SAN. VE TİC. LTD. ŞTİ”-dir lakin mallar müqavilədə göstərildiyi kimi “X6” LLC ünvanına çatdırılacaqdır. Həmin malı Şəxs MMC “M PRO SES İŞİK GÖRÜNTÜ SİST. SAN. VE TİC. LTD. ŞTİ”-ye 6700 avroya satmışdır ki, onun da odenişi xx.xx.2023-cü ildə daxil olmuşdur. Bununla bağlı onların müqaviləsi vardır. Daxil olmuş bank sənədinin təyinatında da onların “M PRO SES İŞİK GÖRÜNTÜ SİST. SAN. VE TİC. LTD. ŞTİ”-yə satdıqları invoysun nömrəsi göstərilmişdir. Bütün sənədlər sübut olaraq məhkəməyə təqdim edilmişdir. “M PRO SES İŞİK GÖRÜNTÜ SİST. SAN. VE TİC. LTD. ŞTİ” 6700 avroya aldığı malı 8000.8 ABŞ dollarına “X6 LLC” satmışdır. Onların müqaviləsi “M PRO SES İŞİK GÖRÜNTÜ SİST. SAN. VE TİC. LTD. ŞTİ” ilə avro üzəri olduğu üçün gömrükdən “X6 LLC” olan satış məbləğinin göstərilməli olduğunu bildirmişlər. Belə olan halda ixrac olunmuş malın dəyərinin ödənilmədiyi kimi yalnış anlaşılma ortaya çıxmışdır. Artıq bir neçə dəfədir ki, məhkəməyə gəlmələrinə baxmayaraq, gömrük idarəsinin nümayəndəsi olmadığı üçün məhkəmə prosesi uzadılır. Onlarla “X6 LLC” arasında heç bir müqavlə imzalanmamışdır və müqavilədə göstərildiyi kimi (İşbu sözleşme SA TiCi tarafından ALİCİ'nın təlimatı ilə “X6 LLC” şirkətinə Kakhara Street 31, apt 18 Tashkent/Uzbekistan gönderilecek 6700.00 avro bedelindeki malzemeler içindir) mallar ixrac olunmuşdur. Lakin gömrük eksperti həmin müqavilə “M PRO SES İŞİK GÖRÜNTÜ SİST. SAN. VE TİC. LTD. ŞTİ” imzalanmış olmasına baxmayaraq “X6 LLC”-nin onlara borclu olduğunu qeyd etmişdir. “X6 LLC”-nin onların müəssisəsinə heç bir borcu yoxdur. Göstərilən sübütları nəzərə alıb Şəxs MMC-nin barasində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli, **********6447 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC ilə “M PRO SES İŞİK GÖRÜNTÜ SİST. SAN. VE TİC. LTD. ŞTİ”-nin tapşırığı ilə “X6 LLC” şirkəti arasında bağlanmış TR23-02-14 nömrəli, xx.xx.2023-cü il tarixli müqaviləyə istinad etməklə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsində xx.xx.2022-ci il tarixdə **********6447 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb 8000.08 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. - 3-33-/3-1-037003/2023 nömrəli, xx.xx.2023-cü il tarixli raportdan görünür ki, "xxxx" MMC tərəfindən ixrac edilən malların müqabilində müvəkkil bankın hesabına köçürülməli olan məbləğin köçürülməsi haqqında 3-33-3100/2-005333/2023 nömrəli, xx.xx.2023-cü il tarixli "xxxx" MMC ünvanına göndərilmişdir. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarix, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalan”nın 12.2-ci bəndinə əsasən konsiqnasiya yolu ilə ixrac edilən malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi haqqında məlumatlar təqdim edilməmişdir. - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 10260 saylı məktubundan görünür ki, Şəxs MMC-nin hesablaşma hesabına xx.xx.2023-cü il tarixdə daxil olmuş 6700 avro vəsait (8000.08 ABŞ dolları invos məbləği, 6700 Avro daxil olan məbləğ, 737.28 ABŞ dolları qalıq) **********6447 nömrəli ixrac gömrük bəyannaməsi ilə bağlanmışdır. Göründüyü kimi, **********6447 nömrəli ixrac gömrük bəyannaməsi üzrə 8000,08 ABŞ dolları invoys məbləğindən Şəxs MMC-nin hesabına 6700 Avro vəsait daxil olmuş və 737.28 ABŞ dolları qalıq qalmışdır. Məhkəmə hesab edir ki, təqdim olunmuş sübutlar əsasında ətraflı araşdırma aparılaraq yekun nəticəyə gəlinməsi mümkün olmadığına görə, inzibati xəta haqqında material protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsində təsbit edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 00800-01005/23 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə geri qaytarılsın. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1045/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1045/2024
25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver