Məhkəmə qərarları › İş №3(007)-1051/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1051/2022

27.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1051/2022 27.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə,tələbkar "xxxx" MMC-nin nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X8 iştirakları ilə, 11 noyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2nda yaşayan, X4 barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Xətai Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(011)-51/2021 saylı icra vərəqəsinə əsasən, X3 “Toyota Camry” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil və cəmi 44270 manat pul alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Buna görə də X6 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında X6 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək bildirdi ki, Xətai Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(011)- 51/2021 saylı icra vərəqəsində göstərilmiş avtomobil onun adına sənədləşdirilsədə lakin həmin avtomobil onda olmamışdır. Məhkəmədən vaxt veriləcəyi təqdirdə mübahisəli avtomobilin qaytarılmasını təşkil edə bilər. Bununla bağlı barəsində həbslə əlaqədar olmayan tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar "xxxx" MMC-nin nümayəndəsi X7 bildirdi ki, Xətai Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(011)-51/2021 saylı icra sənədi üzrə X3 “Toyota Camry” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil və cəmi 44270 manat pul alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Borclu müxtəlif bəhanələr gətirərək icra sənədi üzrə tələbi təmin etməkdən yayınır. Bu günədək nə avtomobili şirkətə təhvil verməmiş, nədə ki, pul ödənilmişdir. Buna görə də borclu X6 barəsində ədalətli inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş böyük icra məmuru X13 məhkəmədə bildirdi ki, Xətai Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(011)- 51/2021 saylı icra sənədi şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmışdır. X2 icra sənədi üzrə tələbi təmin etməmişdir. X1 bu günədək icra sənədi üzrə tələbi təmin etnəsi tələb olunduqda, o, müxtəlif bəhanələrlə tələbi təmi etməkdən imtina etmişdir. X4 əmlak vəziyyəti yoxlanılmış, adına hər hansı daşınmaz əmlak, bank hesabları və ya nəqliyyat vasitəsi aşkar edilməmişdir. Beləliklə, X3 yaranmış borcunu ödəməsi tələb olunsa da, o, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Buna görə də o, V.A.Ağamalıyev barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tələbkarı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla X4 inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, X4 şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə X4 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 şəxsiyyətini, işin hallarını, eləcə də məhkəmə iclasındakı davranışını nəzərə almaqla, onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, X4 inzibati həbs müddətinin başlanğıcı, onun azadlığının faktiki məhdudlaşdığı vaxtdan, yəni 27 aprel 2022-ci il, saat 17:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbslə tənbeh edilsin. Həbsetmənin əvvəli 27 aprel 2022-ci il tarixə saat 17:30-dan hesablansın. Qərar dərhal icra edilsin. X4 Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 24-cü PB-nə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar