Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1060/2020 20.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs MMC mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Q.E.Gülməmmədov tərəfindən xx.xx.2020-ci il tarixdə AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanının 2-ci bəndi ilə “xxxxxxxxxxx” QSC Bank olmayan kredit təşkilatının “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən aldığı, problemli aktivlərin əvəzinə əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində olan əmlak “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin mülkiyyətinə verilmişdir. Fərmanın icrası ilə bağlı “xxx” ASC müvafiq qaydada akt tərtib edərək Şəxs MMC-nin səhmlərinin alıcısı olan “xxxxxxxxxxx” QSC-dən bütün əmlak, o cümlədən avtomobillər yeni yaradılmış “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin istifadəsinə verilmişdir. Bakı şəhəri Nizami RPİ-nin DYPŞ tərəfindən “KİA Sorento” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomaşının iştirakı ilə törədilmiş qayda pozuntusu ilə bağlı tərtib edilmiş protokolun icrası ilə əlaqədar olaraq avtomobili idarə edən sürücü barəsində məlumatın verilməsi barədə hər hansı bir bildiriş göndərilməmişdir. Belə bir bildirişin qəbul olunmasına dair xəbərnaməyə imza edilməmişdir. Törədilmiş inzibati xəta haqqında məlumatları olduqdan sonra həmin avtomobili idarə etmiş fiziki şəxs barəsində bütün məlumatları Nizami RPİ-nə vermişlər. Məhkəmədən qeyd olunanları nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ tərəfindən Şəxs MMC-yə ünvanlanmış bildirişdən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 12:11-də “KİA Sorento” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobillə 148-ci km-də Quba istiqamətində hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət sürəti 11 km/saat həddində aşılmışdır. Törədilmiş xətaya görə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulur. Şəxs MMC-dən inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi xahiş olunmuş, sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə Məcəllənin 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu barədə xəbərdar olunmuşdur. - “xxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 32 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanının 2-ci bəndi ilə “xxxxxxxxxxx” QSC Bank olmayan kredit təşkilatının “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən aldığı, problemli aktivlərin (borcların) əvəzinə əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində olan əmlak “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin mülkiyyətinə verilmişdir. Fərmanın icrası ilə bağlı “xxx” ASC müvafiq qaydada akt tərtib edərək Şəxs MMC-nin səhmlərinin alıcısı olan “xxxxxxxxxxx” QSC-dən bütün əmlak, o cümlədən avtomobillər yeni yaradılmış “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin istifadəsinə verilmişdir. Bütün bunları nəzərə alaraq “KİA Sorento” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı, avtomobilin cəmiyyətin sürücüsü (sürücülük vəsiqəsi –AF 707701 “BC”) X1 və “KİA Sorento” minik markalı, **-JS- *** dövlət qeydiyyat nişanlı avtomobilin cəmiyyətin direktor müavini X2 (sürücülük vəsiqəsi –AC 328737 “B”) adlarına sistemə daxil edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə iclasında Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1060/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1060/2020
20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver