Məhkəmə qərarları › İş №3(007)-1067/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1067/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1067/2025 04.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi ilə, Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs Siyavuş qızının iştirakı ilə, xx.xx.1981-ci ildə Abşeronda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Siyavuş qızı barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə saat 07:40 radələrində Nizami rayonu, Q.Qarayev prospekti “Ağ Çiçəyim” gül mağazasının qarşısında yolu soldan sağa keçərkən piyada Zərərçəkmiş şəxs idarə etdiyi KİA markalı ** XD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə vurmuş, nəticədə isə zərçəkmiş müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bununla da Şəxs Siyavuş oğlu İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2025-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Nizami RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Mehrac Niftəliyevin xx.xx.2025-ci il tarixli qərarı əsasında tərtib edilmişdir. Həmin qərarla Şəxs Siyavuş qızı barəsində cinayət işinin başlanması rədd edilmişdir, barəsində inzibati tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Siyavuş qızı izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 07:40 radələrində Nizami rayonu, Q.Qarayev prospekti “Ağ Çiçəyim” gül mağazasının qarşısında yolu soldan sağa keçərkən piyada Zərərçəkmiş şəxs idarə etdiyi KİA markalı ** XD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə vurmuşdur. Zərərçəkmiş şəxsi bir neçə dəfə həkimə aparmış, ümumilikdə 300-400 manat xərci çıxmışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək bildirdi ki, baş vermiş hadisədən sonra onun sağlamlığında problemlər yaranmış, əməli törətmiş şəxs onunla maraqlanmamış, hadisə baş verdikdən sonra onu yol kənarında qoyub uzaqlaşmış, evə belə çatdırmamışdır. Baş vermiş hadisədən 1 gün sonra qızı onunla əlaqə saxlamış, anasının sağlamlığında problemlər yarandığını bildirmişdir. Bir neçə dəfə həkimə aparsa da, onunla və səhhəti ilə maraqlanmamışdır. Hal-hazırda əməli törətmiş şəxsdən şikayətçi olduğunu bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, şəxsdən maddi tələbi yoxdur, baş vermiş hadisədən sonra onunla və sağlamlığı ilə maraqlanmadığına görə, ona qarşı diqqət göstərmədiyindən əməli törətmiş şəxsdən şikayətçidir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. AR İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması inzibati xəta kimi müəyyən edilmişdir. AR İXM-nin Məcəlləsinin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi İXM-in 327.8-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Təhqiqat materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 13 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Şəxs Siyavuş qızının həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol ilə, xx.xx.2025-ci il tarixli 13 saylı ekspert rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, zərərçəkmişə vurulmuş ziyanın ödənilməsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməməsini və zərərçəkmiş şəxsin əməli törətmiş şəxsdən şikayətçi olmasını nəzərə alaraq belə qənaətə gəlir ki, əməli törətmiş şəxsə maddənin sanksiyasında nəzərdə tutulmuş tənbeh tədbirlərindən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırlması növündə tənbeh tədbiri seçilməlidir. İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Siyavuş qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar