Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1069/2022 24.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, X4 Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin sahə inspektoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1990-cı ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, Cəlilabad rayonu, Muğan Ərazi dairəsi, Kazımabad kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Şəxs barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin təhqiqatçısı polis baş leytenantı X5 tərəfindən qəbul edilmiş 11 mart 2022-ci il tarixli qərardan görünür ki, 01 mart 2022-ci il tarixdə saat 08:27 radələrində, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 14-də yaşayan X2 yaşadığı binanın qarşısında saxladığı “Tofaş” markalı ** MV *** dövlət nömrə nişanlı avtomobildən 200 manat dəyərində “Pioneer” markalı maqnitafonunun naməlum şəxs tərəfindən oğurlanmasına dair toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin sahə inspektoru X3 tərəfindən, Şəxs 01 mart 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 14 saylı binanın qarşısında dayanmış “Tofaş” markalı ** MV *** dövlət nömrə nişanlı avtomobildən “Pioneer” markalı maqnitafonu oğurlaması faktı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında 29 aprel 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin sahə inspektoru X3 izahatında göstərmişdir ki, Şəxs 01 mart 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 14 saylı binanın qarşısında dayanmış “Tofaş” markalı ** MV *** dövlət nömrə nişanlı avtomobildən “Pioneer” markalı maqnitafonu oğurlamışdır. Məhkəmə iclasında izahat vermiş Şəxs, 01 mart 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 14 saylı binanın qarşısında dayanmış “Tofaş” markalı ** MV *** dövlət nömrə nişanlı avtomobildən “Pioneer” markalı maqnitafonu oğurladığını bildirmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu araşdırma materialları ilə əlaqəli araşdırıb, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyərək qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün səmimi etirafından başqa iş üzrə toplanmış sənədlərlə də tam təsdiq olunmuşdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh növü tətbiq edərkən, xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halllar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş həddə inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati işə əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Məhkəmə, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edərkən, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbirinin seçildiyini və hazırda həbsdə saxlanıldığını nəzərə alır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) ay müddətinə inzibati həbslə tənbeh edilsin. Şəxs xx.xx.2022-ci il tarixdən həbsdə saxlanıldığı nəzərə alınaraq qərar icra edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1069/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1069/2022
24.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver