Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-107/2025 17.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi “LCG” Vəkil Bürosunun vəkili Vəkil, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X7 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Nümayəndə Rahib oğlu tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan "xxxx" MMC-nin verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Nümayəndə Rahib oğlu tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X1 X10 Xidmətinə müraciət edərək "xxxx" MMC-də əmək hüquqlarının pozulmasından şikayət etmişdir. Şikayət əsasında X11 Xidməti tərəfindən "xxxx" MMC-yə sorğu göndərilmiş, Cəmiyyətdən əmək müqaviləsinə xitam verilməsi barədə əmr, təqdimatlar, on iki aylıq iş vaxtının uçotu tabeli, ödəniş cədvəli və digər sənədlər tələb edilmişdir. Təqdim edilən sənədlər əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Nümayəndə tərəfindən Cəmiyyətin direktoru X3 barəsində MN seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək vəzifəli şəxs şərti olaraq Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinə əsasən, 1700.00 AZN (min yeddi yüz manat) məbləğində inzibati qaydada cərimə edilmişdir. Qərarın ləğv olunması üçün əsas ondan ibarətdir ki, X1nun əmək müqaviləsinə qanunsuz yox, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun olaraq vaxtında və prosedural təminatlar təmin edilərək xitam verilmişdir. X1 "xxxx" MMC ilə xx.xx.2024-cü il tarixində müddətli əmək müqaviləsi imzalamış, əmək müqaviləsinin hüquqi qüvvəsi xx.xx.2024-cü il tarixinə qədər olmuşdur. Həmin tarixdən xx.xx.2024-cü il tarixədək işçi və ya işəgötürən əmək müqaviləsinə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar edilmədiyi üçün əmək müqaviləsinin müddəti uzadılmışdır. Bir müddət sonra isə işəgötürən işçi ilə əmək müqaviləsinin müddətini uzatmamaq qərarına gəlmiş və xx.xx.2024-cü il tarixli, BY138 nömrəli kağız daşıyıcıda xəbərdarlıq məktubu ilə işçiyə müraciət edərək onunla Cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən xitam veriləcəyi barədə xəbərdarlıq edilmiş, daha sonra işəgötürənin 0224/K saylı, xx.xx.2024-cü il tarixli əmri ilə işçi X4 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən xitam verilmişdir. Xitam əmri ƏMAS əmək və məşğulluq alt sistemində dövlət qeydiyyatına alınmışdır. Əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixində bitsə də, uzadılmalar nəzərə alınmaqla şəxsin əmək müqaviləsinin son qüvvədə olduğu müddət xx.xx.2024-cü il tarixi olsa da həmin tarixdə Azərbaycan Respublikasında qeyri-iş günü olduğu üçün növbəti ilk iş günü xx.xx.2024-cü il tarixi olmuş və işçinin əmək müqaviləsinə də həmin tarixdə xitam verilmişdir. Bundan başqa yuxarıda qeyd olunanlardan da göründüyü kimi əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbləri gözlənilmiş, işçiyə əvvəlcədən kağız daşıyıcıda yazılı qaydada xəbərdarlıq verilmişdir. Belə olduğu təqdirdə səlahiyyətli orqanın nəyə əsaslanaraq işçi Hüseyn Məmmədovun əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xitam verildiyi qənaətinə gəlməsi məlum deyildir. Qərarın ləğv olunması üçün əsas ondan ibarətdir ki, X1 05-14 avqust 2024-cü il və 19-27 avqust 2024-cü il tarixlərindəki iş günlərində inzibati tənbeh vermə haqqında qərarda qeyd olunanların tam əksinə olaraq heç bir artıq iş saatlarında işə cəlb edilməmişdir. Şəxsin əmək müqaviləsi üzrə iş vaxtı saat 09:00-17:00 arası (istirahət vaxtı: 13:00-14:00 arası) müəyyən edilsə də, xx.xx.2024-cü il tarixində şəxsin əmək müqaviləsinə yazılı əlavə imzalanmış və əmək müqaviləsinin 4.35-ci maddəsinə aşağıdakı məzmunda dəyişiklik edilmişdir: “Hər il dekabr ayının sonunda növbəti il üçün təsdiq olunmuş istehsalat təqvimi üzrə illik iş vaxtı norması əsas götürülərək xx.xx.2024-cü il tarixdən etibarən iş vaxtının illik cəmlənmiş uçotu tətbiq edilir. Göründüyü kimi, işçinin iş vaxtı normaları illik cəmlənmiş uçot rejimi tətbiq olunmaqla hesablanır. Cəmlənmiş uçot iş vaxtının elə bir rejimidir ki, əməyin və işin spesifik xüsusiyyətləri nəzərə alınaraq Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş bəzi qadağa və məhdudiyyətlər bu rejimin tətbiq olunduğu iş yerlərində istisna hal olaraq nəzərə alınmır. Məsələn, cəmlənmiş uçot rejiminin tətbiq olunduğu işlərdə işçilər digər iş rejimində çalışan işçilərdən fərqli olaraq günlük 8 (səkkiz) saatdan və ya həftəlik 40 (qırx) saatdan artıq işləməli olur və ya bayram və istirahət günləri onlar üçün bayram və istirahət günü hesab edilməyərək həmin günlərdə normal iş günü kimi işə çıxmalı olur. Cəmlənmiş uçot rejimi, bir qayda olaraq, fasiləsiz və növbəli rejim əsasında fəaliyyət göstərən istehsalat, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələrində tətbiq edilir. İş vaxtının cəmlənmiş uçotu zamanı istirahət günləri, həmkarlar ittifaqları təşkilatı ilə razılaşdırılmış növbə cədvəlinə uyğun olaraq verilir, həmkarlar ittifaqları təşkilatı olmayan iş yerlərində isə bu qayda əmək müqaviləsi ilə tənzimlənir. Hazırki vəziyyətdə işçi Hüseyn Məmmədovun fasiləsiz və növbəli rejimdə çalışdığı üçün iş vaxtı cəmlənmiş uçot qaydalarına uyğun tənzimləndiyindən və işçinin cəlb olunduğu iş saatları istər günlük, istərsə də aylıq dövriyyədə nəzərdə tutulmuş həddi keçmədiyindən işçinin artıq iş saatlarında işə cəlb olunmasından söhbət gedə bilməz. Hazırki işdə inzibati tənbeh vermə haqqında qərar 10 dekabr 2024-cü il tarixində tərtib edilsə də qərar vəzifəli şəxs Şahəddin İbrahimov tərəfindən 24 dekabr 2024-cü il tarixində poçt vasitəsilə təhvil alınmışdır. Şikayət həmin tarixdən etibarən qanunvericiliklə nəzərdə tutulmuş 10 gün müddət ərzində - 26 dekabr 2024-cü il tarixində məhkəməyə təqdim edilmişdir Hazırki işdə inzibati tənbeh vermə haqqında qərardan şikay ət "xxxx" MMC-nin direktoru Şahəddin İbrahimov tərəfindən şəxsən imzalanmışdır. Göründüyü kimi inzibati tənbeh vermə haqqında qərardan şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Nümayəndə MN seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə inzibati xəta hadisəsi mövcud olmadığından inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Odur ki, göstərilənlərə əsasən, xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında .işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Vəkil şikayətin məzmununa uyğun izahat vermiş və məhkəmədən X11 Xidmətinin Bakı şəhər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Nümayəndə Rahib oğlu tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X13 məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X15 izahat verərək bildirmişdir ki, barəsində şikayət verilmiş qərar və tərtib edilmiş protokol Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinə əsasən tərtib edilmişdir. X8 "xxxx" MMC ilə xx.xx.2024-cü il tarixində müddətli əmək müqaviləsi imzalamış və əmək müqaviləsinin hüquqi qüvvəsi xx.xx.2024-cü il tarixinə qədər olmuşdur. Əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilməli olduğu halda noyabr ayında xitam verilmişdir. Əmək müfəttişliyi portala əsasən fəaliyyət göstərir. ƏMAS-dan çıxarışda qeyd olunur ki, əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixində bitir. Lakin əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Əmək müqaviləsinin müddətinin uzadılması ilə bağlı müəssisə sistemə məlumat yerləşdirsəydi protokol tərtib olunmazdı. Qərarın və protokolun tərtib olunmasında şirkətin nümayəndəsi iştirak etmişdir. Bu barədə əvvəldən bildiriş göndərilmişdir. Lakin dəvət olunan zaman şirkət işçiyə bildiriş göndərilməsi ilə bağlı hər hansı sənəd təqdim etməmişdir. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Nümayəndə Rahib oğlu tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1nun əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2024-cü il tarix müəyyən edilsə də qanunvericiliyin tələbləri pozularaq xx.xx.2024-cü il tarixdə xitam verildiyi, eyni zamanda əmək müqaviləsi üzrə müəyyən edilmiş iş vaxtının rejimi pozularaq 2024-cü ilin avqust ayı üzrə iş vaxtından artıq iş saatlarında işə cəlb edildiyi müəyyən edilmişdir. Belə ki, şəxs 2024-cü ilin avqust ayının 5dən 14-dək və 19-dan 27-dək olan iş günlərində artıq iş saatlarında işə cəlb edilmişdir. Nəticədə "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 192.6-cı və 198.1.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 34, 114, 115 və 116-cı maddələrinə əsasən 1700 manat məbləğində cərimə edilmişdir. - xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, "xxxx" MMC və X8 xx.xx.2024-cü il tarixdən etibarən iş vaxtının illik cəmlənmiş uçotunun tətbiq edilməsi ilə bağlı razılığa gəlmişlər. - əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC ilə X8 arasında olan müqavilənin müddəti xx.xx.2024cü il tarixində bitsə də müqavilənin şərtlərinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı tərəflərin heç bir tələbi olmadığından əmək müqaviləsinin müddəti uzadılmış hesab edilmişdir. - "xxxx" MMC tərəfindən X5 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, əmək müqaviləsinə müddətinin bitməsi səbəbilə xx.xx.2024-cü il tarixdə xitam veriləcəyi barədə ona məlumat verilmiş və həmin tarixdə müəssisəyə yaxınlaşması xahiş edilmişdir. - əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2024-cü il tarixdə X4 əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi məhkəməyə "xxxx" MMC tərəfindən X4 əmək müqaviləsinə qanunvericiliyin tələblərini pozaraq xitam verilməsi, eyni zamanda əmək müqaviləsi üzrə müəyyən edilmiş iş vaxtının pozularaq onun 2024-cü ilin avqust ayı üzrə iş vaxtından artıq iş saatlarında işə cəlb edilməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən inzibati xəta haqqında işə baxılarkən inzibati xətanın olub-olmamasını, işin düzgün həlli üçün əhəmiyyətli olan bütün zəruri halları müəyyən etmək məqsədilə iş üzrə inzibati araşdırma aparmaqla əldə edilmiş sübutların məcmusunu hərtərəfli, tam və obyektiv surətdə qiymətləndirib qərar qəbul edilməli olduğu halda, iş üzrə səthi araşdırma aparılaraq "xxxx" MMC-ni Azərbaycan Respublikası İXM-nin 192.6-cı və 198.1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmişdir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 61.1 və 61.1.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sübutlar təqdim etmək hüquqları vardır. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərar, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.5.1-57.5.21-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan, bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda, ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən "xxxx" MMCnin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı və 198.1.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə hərtərəfli və tam araşdırma aparılmadığından şikayət qismən təmin edilməli, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Nümayəndə Rahib oğlu tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, materiallar tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Nümayəndə Rahib oğlu tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. "xxxx" MMC tərəfindən inzibati xətanın törədilməsinə dair materiallar yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-107/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-107/2025
17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver