Məhkəmə qərarları › İş №3(007)-1076/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1076/2022

24.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1076/2022 24.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami rayon icra Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 24 iyul 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs, barəsində Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhəri Nizami rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Nizami RPİ-nin 24-cü PB-nin xx.xx.2020-ci il tarixli MN nömrəli ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə ona təyin edilmiş 100 manat cəriməni ödəməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icraçı X2 izahatında göstərmişdir ki, Şəxs Bakı şəhəri Nizami RPİ-nin 24-cü PB-nin xx.xx.2020-ci il tarixli MN nömrəli ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə ona təyin edilmiş 100 manat cəriməni hal hazıradək ödəməmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında icraçı Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami RPİnin 24-cü PB-nin xx.xx.2020-ci il tarixli MN nömrəli ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Həmin cəriməni imkanı olmadığına görə ödəyə bilməmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, daxil olmuş inzibati xəta haqqında protokolu və sənədləri nəzərdən keçirərək qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PB-nin xx.xx.2020-ci il tarixli MN nömrəli ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İnzibati işdə olan xx.xx.2021-ci tarixli qərardan görünür ki, Şəxs barəsində olan Bakı şəhəri Nizami RPİ-nin 24-cü PB-nin xx.xx.2020-ci il tarixli MN nömrəli ******* saylı icra sənədi Bakı şəhər Nizami rayon İcra Şöbəsinə daxil olmş və icra sənədi üzrə icraat başlanılmışdır. İnzibati işdə olan xx.xx.2021-ci il tarixli bildirişindən görünür ki, borclu Şəxs tələbin könüllü icrası haqqında məlumat verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.2, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin “Qeyd” hissəsinə əsasən inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən etmir. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, törədilmiş xətanın xarakterini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində yüz altmış saat ictimai işlər tətbiq olunmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs (xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 160 (yüz altmış) saat ictimai işlər tətbiq olunsun. Qərarın surəti təqdim edildiyi (alındığı) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar