Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1077/2025 24.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, X1 inzibati tənbeh vermə haqqında qərardan şikayətini və ona əlavə olunan sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X3 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 23966663 nömrəli elektron qərarının etibarsız hesab edilməsi, qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Bundan başqa X3 əlavə şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 23966663 nömrəli elektron qərarının etibarsız hesab edilməsi və xx.xx.2025-ci il tarixli 16/1-218303 nömrəli qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə şikayəti təqdim olunan sənədlərlə birlikdə nəzərdən keçirib, hesab edirəm ki, şikayət məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Göründüyü kimi, inzibati xətalar qanunvericiliyində səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarına yenidən baxılması nəzərdə tutulmuş və tənzimlənmişdir. Bunun üçün isə, barəsində şikayət verilmiş qərarın mövcud olması və onun şikayətlə birlikdə məhkəməyə təqdim edilməsi zəruridir, şikayətdə də qərarla müəyyən olunmuş hallar müvafiq qaydada əsaslandırılmalıdır. X3 hazırda xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 23966663 nömrəli qərardan şikayət versə də, özünün təqdim etdiyi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 noyabr 2024cü il tarixli 3(007)-4843/2024 nömrəli qərarın surəti ilə müəyyən olunur ki, X1 şikayətinə əsasən xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 23966663 nömrəli qərar ləğv edilərək materiallar yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Yəni, mübahisələndirilən qərar məhkəmə qaydasında ləğv edilmişdir, qüvvədə deyildir, ona görə məhkəmə qərarı ilə ləğv edilmiş qərardan şikayət verilməsi yolverilməzdir və məhkəmədə təkrarən baxıla bilməz. Bundan başqa şikayətə xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 23966663 nömrəli elektron qərar əlavə edilməmişdir, ona görə mövcud olmayan qərardan şikayətə baxılması üçün də əsaslar yoxdur, mübahisələndirilən qərarın təqdim edilməsi zəruridir. Eyni zamanda nəzərə alınmalıdır ki, X3 xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 23966663 nömrəli və xx.xx.2025-ci il tarixli 16/1-218303 nömrəli qərarlardan birgə şikayət vermişdir ki, müvafiq səlahiyyətli orqanın (vəzifəli şəxsin) birdən artıq qərarından şikayətə eyni icraatda baxılması mümkün deyildir. İnzibati xətalar qanunvericiliyinə görə, məhkəmədə inzibati xəta haqqında işlərə baxılması iki mərhələdən ibarətdir: inzibati xəta haqqında işin baxılmağa hazırlanması və işin mahiyyəti üzrə baxılması. Hər bir mərhələ icraatın müstəqil hissəsi olmaqla yanaşı, hər birinin özünə məxsus məqsəd və vəzifələri vardır ki, bu da, öz növbəsində inzibati xəta haqqında materialların məntiqi ardıcıllıqla baxılmasını ehtiva edir. Başqa sözlə, işin baxılmağa hazırlanması zamanı Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsində göstərilən hallar ardıcıl həll edilməli, bundan sonra işə mahiyyəti üzrə baxılmaqla yekun qərar qəbul edilməlidir. İstinad olunan maddənin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Eyni zamanda Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 noyabr 2021-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, ... inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsinin təyinatı iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətləri etmədən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxılması üçün şəraitin təşkil edilməsindən, onun uğurla həyata keçirilməsi üçün ilkin təminatların yaradılmasından ibarətdir... Beləliklə, hesab edirəm ki, X1 şikayəti və ona əlavə şikayəti geri qaytarılmalı, qanunvericiliyin tələblərinə əməl etməklə səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında qərarlardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ ona izah edilməlidir. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 23966663 nömrəli; xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 23966663 nömrəli və xx.xx.2025-ci il tarixli 16/1-218303 nömrəli qərarlarından şikayəti geri qaytarılsın. Qanunvericiliyin tələblərinə əməl etməklə səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında qərarlardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ X2 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1077/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1077/2025
24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver