Məhkəmə qərarları › İş №3(007)-1092/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1092/2025

08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1092/2025 08.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X3 iclas katibliyi, X1, Qərardan şikayət verilən orqan – Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında iş üzrə qərardan şikayət verərək xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasındakı çıxışında qeyd etdi ki, 21 fevral tarixində polis inspektoru tərəfindən saxlanılmış, ona məxsus Opel Vectra markalı ** FY *** saylı nəqliyyat vasitəsinin ön sol işığı nasaz olduğuna görə barəsində İXM-nin 342.5-ci maddəsi ilə protokol tərtib edilmiş və qərar çıxarılmışdır. Baxmayaraq ki, ön sol işıqda olan nasazlığı yerində aradan qaldırmış, barəsində inspektor tərəfindən əsassız protokol tərtib olunmuşdur. Qeyd olunanlara əsaslanaraq şikayətin təmin olunmasını və qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş qərardan şikayət verilən orqan – Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi Nümayəndə məhkəmədə çıxış edərək verilmiş şikayətin əsassız olduğunu, qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Bildirdi ki, sürücü nəqliyyat vasitəsini gecə saatlarında ön sol işığı nasaz vəziyyətdə idarə etmiş, mövcud nasazlığın isə yerində aradan qaldırılması mümkün olmamışdır. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri DYP-nin xx.xx.2025-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qəraa əsasən X5 xx.xx.2025-ci il tarixində saat 22:30 radələrində Opel Vectra markalı ** FY *** saylı dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Heydər Əliyev prospektində konstruksiyanın digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı, dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına görə İXM-in 342.5-ci maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şəxs tərəfindən İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş xətanı törədilmişdir. Belə ki, şəxs nəqliyyat vasitəsinin idarə edərkən konstruksiyanın ünsürü nasaz olan və nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə məsuliyyətə cəlb olunmuşdur. Qeyd olunan hal isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmış olur. Belə ki, inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkil və videomateriala baxış keçirilərkən müxtəlif saatlarda çəkilmiş fotoşəkillərdə nəqliyyat vasitəsinin ön sol işığının nasaz olması öz təsdiqini tapmışdır. Həmçinin polis əməkdaşı və sürücü arasında aparılmış dialoqun məhkəmə iclasında dinlənilməsi zamanı şəxsin törətdiyi inzibati xətanı etiraf etməsi ilə bir daha şəxsin təqsiri sübut olunmuş olur. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir, qərarla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar