Məhkəmə qərarları › İş №3(007)-1097/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1097/2020

23.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1097/2020 23.07.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, “X2” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə olan inzibati xəta haqqında protokolu və ona əlavə edilən sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən “X2” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilən sənədlər baxılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilən sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, aidiyyət qaydaları pozulduğu üçün həmin protokol aidiyyəti məhkəməyə göndərilməlidir. Belə ki, xx xxxx 2020-ci il tarixli MN 01251416 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, törədilməsi ehtimal edilən inzibati xəta “X2” MMC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Eldar Xəlilov küçəsi, 1A ünvanında yerləşən mağazada aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 106.0.1-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olubolmamasını müəyyən edir; 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır; 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. İstinad olunan maddi hüquq normalarının mənasına görə, törədilməsi ehtimal edilən inzibati xəta “X2” MMC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Eldar Xəlilov küçəsi, 1A ünvanında yerləşən mağazada aşkar edildiyindən, hazırkı inzibati xəta haqqında protokola Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən baxıla bilməz. Beləliklə, hesab edirəm ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılmalı olduğundan, aidiyyət qaydalarının pozulmasına yol verilməməsi üçün, hazırkı inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 110, 114 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: “X2” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə tərtib olunmuş xx xxxx 2020-ci il tarixli MN 01251416 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilən sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar