Məhkəmə qərarları › İş №3(007)-1100/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1100/2025

12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1100/2025 12.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclas katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X5 iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də baş drektor vəzifəsində işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən vəzifəli şəxs Şəxs tərəfindən “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 5.48 bəndinin tələblərinin pozulması nəticəsində "xxxx" MMC-nin 3603 nömrəli mağazasında mağazasının satıcı-kassir vəzifəsində işləyən X3 iş vaxtı, 28 oktyabr 2024-cü il tarixdə sağ bud sümüyünün orta 1/3-nin yerdəyişmiş sınığından ibarət sağlamlığın uzun müddətli pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti almışdır. Bununla da, X6 Azərbaycan Respublikası İXM-nin 198.3- ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayev tərəfindən xx.xx.2025-ci il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmışdır. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X7 inzibati xəta haqqında icraat başlanması haqqında qərarın məzmunuya uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq, zərərçəkmiş şəxs tərəfindən şikayət daxil olmadığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 canlı şəxsin ekspertizasına dair xx.xx.2024-cü il tarixli, TS72 nömrəli ekspert rəyindən görünür ki,X1 bud sümüyünün orta 1/3-nin yerdəyişmiş sınığı olmuşdur. Qeyd olunan əsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən ıüddətdə, yəni xx.xx.2024cü il tarixdə alınması mümkündür və dərəcəsinə görə sağlamlığın zun müddətli pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Xəsarətin kalizasiya və xüsusiyyətlərinə istinad edərək demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inkar olunur, öz boyu hündürlüyündən yıxılması nəticəsində alınması mümkündür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 19 dekabr 2024-cü il tarixli 10/9905 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nizami Abdullayev küçəsində yerləşən "xxxx" mağazasında rəflərin yuxarı hissələrinə malların qoyulması işinin aparılması zamanı təsadüfi ayaqaltının (İçərisinə yumurta qabları yığılmış sellofanın) istifadəsinə yol verildiyinə görə, baş vermiş hadisə ilə əlaqədar «Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları»nın 5.48 bəndinin tələbləri pozulmuşdur. “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 5.48 bəndinin tələbləri hadisə baş vermiş mağazada işlərin təhlükəsiz aparılmasına cavabdeh olan şəxs(lər) tərəfindən pozulmuşdur (konkret şəxs(lər) araşdırılmalarla istintaq tərəfindən müəyyən edilə bilər). - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 420C2-2-316-921C-24 nömrəli materialda Azərbaycan Respublikası CM-nin 162ci maddəsinin tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmişdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və inzibati materialda olan digər sənədlərlə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: xx.xx.1971-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də baş drektor vəzifəsində işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar