Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1103/2021 01.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasındakı Filialının qanuni təmsilçisi Chacisvili Konstantinin, tərcüməçi X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı Filialının (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin 499.1.5-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, 14000-0053/21 nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs MMC-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən xx xxxxxxx 2018-ci il tarixli **********6483 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx xxx 2017-ci il tarixli AZ05/17 nömrəli müqavilə əsasında Litva Respublikasından gətirilən və müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş 238 ədəd pivə daşınması üçün nəzərdə tutulmuş, gömrük dəyəri 32.711,91 manat təşkil edən 30 litr həcmli çoxdövriyyəlı boş çəlləklərin qalma müddəti 12 ay - xx xxxxxxx 2019-cu il tarixədək müəyyən olunmuşdur. Müəyyən olunmuş müddət başa çatdıqdan sonra firmanın rəhbərliyinə məlumat verilmiş və sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 faizi ödənilməklə daha 2 ay, yəni xx xxxxxx 2019-cu il tarixədək uzadılmışdır. Xüsusi gömrük prosedurunun müddəti bitdikdən sonra dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq MMC tərəfindən heç bir gömrük əməliyyatı aparılmamış, bununla da gömrük dəyəri 32.711,91 manat təşkil edən mallar geri qaytarılmamış və ya başqa gömrük prosedurunda yerləşdirilməsi üçün hər hansı tədbir görülməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasındakı Filialının qanuni təmsilçisi Chacisvili Konstantin izahatında göstərmişdir ki, xx xxx 2017-ci il tarixli müqaviləyə əsasən Litva Respublikasından gətirilən və müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş 238 ədəd pivə daşınması üçün nəzərdə tutulmuş, gömrük dəyəri 32.711,91 manat təşkil edən 30 litr həcmli çoxdövriyyəli boş çəlləklərin qalma müddəti 12 ay, yəni xx xxxxxxx 2019-cu il tarixədək müəyyən olunmuşdur. Müəyyən olunmuş müddət başa çatdıqdan sonra əldə olunmuş razılıq əsasında sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 faizini ödəmişlər, boş çəlləklərin qalma müddəti əlavə olaraq 2 ay, yəni xx xxxxxx 2019-cu il tarixədək uzadılmışdır. Bu müddət bitdikdən sonra isə onlara təkrar xəbərdarlıq edilməmişdir. Filialın barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Gömrük əməliyyatları İdarəsinin xx xxxxxx 2020-ci il tarixli raportu, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı Filialının xx xxxxxxx 2018-ci il tarixli zəmanət məktubundan, müqavilə, gömrük bəyannaməsi və işdə olan digər sənədlərlə inzibati xəta hadisəsinin törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikası İXM-nin 499.1.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla Filialın həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 499.1.5-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasındakı Filialı həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 499.1.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin bir ildən artıq müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasındakı Filialının əməlində Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İXMnin 499.1.5-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati xətanın bilavasitə obyekti olan gömrük dəyəri 32.711,91 manat təşkil edən malların əlli fizi miqdarında - 16.355,96 (on altı min üç yüz əlli beş manat doxsan altı qəpik) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1103/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1103/2021
01.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver