Məhkəmə qərarları › İş №3(007)-1104/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1104/2021

08.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1104/2021 08.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, Bakı şəhər BPİ-nin X10 İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2vanında yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN E T D İ: Bakı şəhər BPİ X10 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2020-ci il tarixdə saat 00:25 radələrində idarə etdiyi “Kia Ceed” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə hərəkətdə olan zaman saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Bu barədə Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru, polis serjantı V.Z.Kələntərli tərəfindən xx.xx.2020-ci il tarixdə İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru, polis serjantı X2 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin X9 İdarəsinə bilavasitə tabe olan Yol- Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru vəzifəsində işləyir. xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 01 radələrində Bakı şəhər BPİ-nin X9 İdarəsinə bilavasitə tabe olan Yol-patrul Xidməti Alayı yol patrul xidməti inspektoru X3 ilə birlikdə onlara təhkim olunmuş DYP-nin “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xidmətdə olmuşdur. xx xxxxxxx 2020-ci il tarixdə saat 19:30-da təlimat keçib, saat 20:00-da xidmətə başlamış və həmin gün DYP avtomobilini özü idarə etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində “Azərsutikinti” xəstəxanasının yaxınlığında xidmətdə olarkən baş yol ilə hərəkət edən nəqliyyat vasitələrinə yol vermədən məhəllədən baş yola “Kia Ceed” markalı, 99-ZT- 125 dövlət qeydiyyat nişanlı avtomobilin çıxdığını görmüşlər. Həmin vaxt onlar baş yol ilə hərəkətdə olmuşlar. DYP avtomobilin sayrışan işığını yandırıb, səs gücləndirici ilə həmin avtomobilin sürücüsünə avtomobili yolun kənarında saxlamağa işarə vermişdir. Sürücü avtomobili yolun kənarında saxladıqdan sonra Azad Balaşzadə sürücüyə yaxınlaşmış, özünü təqdim etdikdən sonra spirtli içki qoxusu gəldiyini hiss edib sürücü Şəxs spirtli içki qəbul edib-etmədiyini soruşmuşdur. Şəxs spirtli içki qəbul etdiyini etiraf etmiş, avtomobili cərimə meydançasına yerləşdirməmələri və barəsində inzibati xəta haqqında protokol tərtib olunmaması üçün pul verməyi təklif etmişdir. Bundan sonra X7 Babayevə sərxoşluq dərəcəsini müəyyənləşdirməkdən ötrü alkotesterlə ağız boşluğundan nəfəs verməsini təklif etmişdir. Alkotesterdə 0,418 promil sərxoşluq müəyyənləşdirilmişdir. Şəxs özü protokolda “xx.xx.2020-ci il tarixdə spirtli içkinin təsiri altında nəqliyyat maşını sürərkən YPX-nin saxladığını, bir daha sərxoş maşın sürməyəcəyinə söz verdiyini, izahatı özünün yazdığını” qeyd etmiş və protokolu imzalamışdır. Şəxs sərxoş nəqliyyat vasitəsini idarə etdiyinə görə barəsində Azərbaycan Respublikası İXM- nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, daha sonra Azad avtomobildə olan iki nəfər sərnişinə sürücü Şəxs sərxoş olduğuna görə avtomobilin cərimə meydançasına yerləşdiriləcəyini bildirib, təklif etmişdir ki, avtomobildən düşsünlər. Sərnişinlər avtomobildən düşdükdən sonra Azad Balaşzadə “Kia Ceed” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasına əyləşmişdir. Şəxs isə onun idarə etdiyi DYP avtomobilinə əyləşmiş və Azad avtomobili idarə edib “Xəmsə” şadlıq sarayının yaxınlığında yerləşən cərimə meydançasına aparmışdır. O, isə avtomobili Azadın arxasınca idarə edib cərimə meydançasına gəlmişdir. Avtomobil cərimə meydançasına təhvil verilmiş, bu barədə akt tərtib olunmuşdur. Bundan sonra o və Azad DYP avtomobilinə əyləşib cərimə meydançasını tərk edib xidmətlərini davam etdirmiş, Şəxs isə cərimə meydançasında qalmışdır. Şəxs nə onun tərəfindən, nə də ki, Azad Balaşzadə tərəfindən fiziki zor tətbiq olunmamış, ona heç bir xəsarət yetirilməmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin X10 İdarəsinin nümayəndəsi X4 inzibati xəta haqqında protokolu müdafiə edərək məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 01 radələrində Tərtər rayonunda qohumunun şəhid olduğunu bilib, yas mərasimində iştirak etmək üçün evdən çıxmışdır. Hüseyn adlı qohumu ilə etibarnamə əsasında idarə etdiyi “Kia Ceed” markalı, **- ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib hərəkətə başlamışdır. Avtomobili özü idarə etmişdir. “Azərsutikinti” xəstəxanasından bir qədər aralandıqda, Şamlıx küçəsi kimi adlanan küçədə, YP-319 dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobildə xidmətdə olmuş yol-patrul xidməti inspektorları avtomobilin sayrışan işıqlarını yandırıb, ona saxla işarəsi verdikləri üçün avtomobili yolun kənarında saxlamışdır. Avtomobildən bir nəfər arıq, hündür boylu, polis geyim formasında şəxs düşüb ona yaxınlaşıb, özünü təqdim edib, komendant saatı müddətində hara getməsi və icazəsinin olub-olmaması ilə maraqlanmışdır. Həmin polis əməkdaşına icazə almaqdan ötrü aidiyyəti dövlət qurumlarının telefon nömrələrinə dəfələrlə zəng etdiyini, lakin zənglərə cavab verən olmadığını, Tərtər rayonunda hərbiçi qohumunun şəhid olduğunu, onun yas mərasimində iştirak etmək istədiyini dedikdə polis əməkdaşı tətbiq olunan komendant saatının tələblərini pozduğu üçün avtomobilini cərimə meydançasına aparıb yerləşdirəcəklərini bildirmişdir. Polis əməkdaşının tələbi ilə DYP avtomobilinə əyləşdikdən sonra arıq bədən quruluşlu, hündür boylu polis əməkdaşı avtomobilinin sükanı arxasına keçib əyləşmiş və avtomobilində sərnişin qismində olmuş qohumu Hüseynə onunla işləri olmadığı üçün çıxıb getməsini bildirmişdir. Hüseyn avtomobildən düşdükdən sonra avtomobilinin sükanı arxasına əyləşmiş polis əməkdaşı avtomobilini idarə edib Nizami rayonu ərazisində yerləşən “Xəmsə” şadlıq sarayının yaxınlığındakı cərimə meydançasına aparıb yerləşdirmişdir. Özü isə DYP avtomobili ilə onun arxasınca digər yol patrul xidmətinin əməkdaşı ilə gəlmişdir. Avtomobilini cərimə meydançasına sürüb gətirən və DYP avtomobilini idarə edən yol patrul xidmətinin əməkdaşı onun sərxoş olduğunu əsassız olaraq sübut etməyə çalışmışlar. Lakin polis əməkdaşlarına spirtli içki qəbul etmədiyini bildirib, həkim müayinəsindən keçirmələrini təklif etsə də,polis əməkdaşları onu həkim müayinəsindən keçirməmiş, onunla kobud danışaraq sərxoşluq müayinəsindən keçirilməsinə ehtiyac olmadığı, aydın şəkildə sərxoş olduğunun göründüyünü bildirmişlər. Buna görə də həmin şəxslərlə kobud formada danışıb sərxoşluq müayinəsindən keçirilməsini tələb etdikdə, avtomobilini idarə edib cərimə meydançasına gətirmiş, arıq bədən quruluşlu, hündür boylu yol patrul xidmətinin əməkdaşı cərimə meydançasının girişində ayağı ilə onun sol ayağından qəflətən vurub onu yerə yıxmışdır. Sol çiyni üzərinə yerə yıxıldığı üçün sol qolu, sol əlinin baş barmağı, çeçələ barmağı, sol sağrı nahiyəsi, sol tərəfdə qabırğasının üzəri və sol çiynində şiddətli ağrılar yaranmışdır. Yerdə olan zaman onu təpiklə vurub yerə yıxan polis əməkdaşı sol tərəfdə qabırğasının üzərindən vurmuşdur. Bundan sonra yol-patrul xidmətinin hər iki əməkdaşı avtomobilə əyləşib çıxıb getmişlər. Qolundan qan gəldiyini görüb TTYS-nın 103 məlumat xidmətinə zəng edib həkim çağırmışdır. Həkim gələnədək DİN-nin 102 xidmətinə zəng edib yol-patrul xidmətinin əməkdaşlarının qanunsuz hərəkətləri barədə məlumat verib xahiş etmişdir ki, sərxoşluğunu müəyyənləşdirməkdən ötrü həkim müayinəsindən keçirilməsini təmin etsinlər. Az sonra TTYS-nın həkimi gəlib ona ilkin tibbi yardım göstərib 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışdır. Xəstəxanada tibbi müayinə olunmuş, müvafiq tibbi yardımlar göstərildikdən sonra həmin gün evə buraxılmışdır. Xəstəxanadan çıxdıqdan sonra yolpatrul xidmətinin əməkdaşlarının hərəkətləri barədə DİN-nin 102 xidmətinə zəng edib təkrar məlumat verdikdən sonra Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları onu polis bölməsinə dəvət etdiyi üçün səhər saatlarında polis bölməsinə gedib izahat vermiş və məhkəmə-tibbi ekspertizasından müayinədən keçmişdir. Hadisədən təxminən 10 gün sonra, yəni xx xxxxxxx 2020-ci il tarixdə DİN-nin Baş X10 İdarəsinə 203 nömrəli otağa dəvət olunmuş, özünü Qorqud kimi təqdim etmiş polis əməkdaşının xahişi ilə sürücülük vəsiqəsini təqdim etdikdən sonra, sürücülük vəsiqəsi 9 nömrəli otaqda oturan digər əməkdaşa verilmiş və həmin otaqda adını bilmədiyi əməkdaş tərəfindən təqdim olunmuş sənədə imza etmişdir. Orada ona yalnız məhkəmə baxışından sonra sürücülük vəsiqəsini geri götürə biləcəyi bildirilmiş, başqa heç nə izah edilmədiyi üçün elə başa düşmüşdür ki, məhkəmə baxışı polis əməkdaşları ilə dalaşması ilə bağlıdır. xx xxxxxxx 2020-ci il tarixdə Baş X10 İdarəsi tərəfindən verilmiş buraxılış vərəqəsi əsasında avtomobilini cərimə meydançasından çıxartmışdır. Sonradan başa düşmüşdür ki, xx xxxxxxx 2020- ci il tarixdə onu saxlayan yol-patrul xidmətinin əməkdaşları sürücülük vəsiqəsini, idarə etdiyi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini tələb edib yoxlamadan, onu həkim müayinəsindən keçirmədən guya sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi ilə bağlı əsassız olaraq inzibati protokol tərtib etmiş və o da oxumadan sonradan, yəni xx xxxxxxx 2020-ci il tarixdə Baş X10 İdarəsinə dəvət olunduqda 9 nömrəli otaqda olan adını bilmədiyi polis əməkdaşı tərəfindən aldadılaraq həmin inzibati protokola imza etmişdir. Həmin vaxt onun sərxoşluq vəziyyətini müəyyən etməmişlər və o, hər-hansı izahat yazmamışdır. “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokol onun tərəfindən yazılıb imzalanmamışdır. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatına əlavə olaraq bildirmişdir ki, videogörüntüdəki protokolda izahat yazan şəxs o, özüdür. Barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(007)-2713/2020 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(103)-233/2021 nömrəli qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(007)-2713/2020 nömrəli qərarının ləğv edilməsi, inzibati xəta haqqında işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. - “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” İXP ******* saylı protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 00:25-də müayinə olunan Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Həmçinin protokolda sürücü “xx.xx.2020-ci il tarixdə spirtli içkinin təsiri altında nəqliyyat maşını sürərkən YPXnin saxladığını, bir daha sərxoş maşın sürməyəcəyinə söz verdiyini, izahatı özünün yazdığını” qeyd etmiş və protokolu imzalamışdır. - Tibbi müayinə protokoluna əlavə edilmiş xüsusi texniki vasitənin hesabatından görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 00:26-da keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0,418%o olmuşdur. - Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı Elman Abdullayev tərəfindən qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Şəxs əizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəməyə təqdim edilmiş videogörüntüdən görünür ki, Şəxs protokola öz əl yazısı ilə “xx.xx.2020-ci il tarixdə spirtli içkinin təsiri altında nəqliyyat maşını sürərkən YPX-nin saxladığını, bir daha sərxoş maşın sürməyəcəyinə söz verdiyini, izahatı özünün yazdığını” yazmış və imzalamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs avtomobili sərxoş halda idarə etməməsi ilə bağlı bildirdiklərinə tənqidi yanaşıb hesab edir ki, onun izahatında göstərdiyi həmin hallar özünümüdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Göründüyü kimi, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndi ilə üzərinə vəzifə olaraq qoyulmuş hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək nəqliyyat vasitəsini idarə etməməli olduğu halda bunu etmiş və bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin müəyyən edilmiş hallarına əsasən Şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə etmişdir. Onun törətdiyi qayda pozuntusu xarakterinə görə diqqəti və çevikliyi azaldan, özü və digər yol hərəkəti iştirakçıları üçün real təhlükə törədən qayda pozuntusudur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1988-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2vanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar