Məhkəmə qərarları › İş №3(007)-1104/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1104/2025

11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1104/2025 11.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, X1, iştirakı ilə, X2 xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası DİN-nin xx.xx.2024-cü il tarixli EQ 25096646 saylı protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 idarə etdiyi “BYD DESTROYER” markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Koroğlu MTS Alov parkının qarşısında xx.xx.2024-cü il tarixdə saat 14:00-da dayanma qaydalarını pozmasına görə İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinmiş, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Qərardan şikayət vermiş X3 məhkəmə iclasında çıxış edərək şikayətin məzmununa uyğun izahat verib qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, onun barəsində olan protokol nəqliyyat vasitəsini idarə edərkən çəkilmiş şəkil əsasında tərtib olunmuşdur. Belə ki, o nəqliyyat vasitəsini qeyd olunan yerdə saxlamamış, nəqliyyat vasitəsi hərəkətdə olarkən elektron qaydada çəkilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş inizbati olrqanın nümayəndəsi məhkəməyə müraciət edərək üzrlü səbəbləərdən iştirak edə bilməyəcəklərini, işə onların iştirakı olmadan baxılmasını,həmçinin şəxsin inzibati xəta törətməsini təsdiq edən materialları məhkəməyə təqdim edərək şikayətin təmin olunmamasını, qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında qərarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Koroğlu MTS Alov parkının qarşısında ** SG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitsəinin sürücüsü X3 İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 20 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə qeyd edir ki, şikayətçi şikayətində qeyd edilən pozuntuların törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Qərardan şikayət vermiş X2 idarə etdiyi “BYD DESTROYER” markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Koroğlu MTS Alov parkının qarşısında xx.xx.2024-cü il tarixdə saat 14:00-da dayanma qaydalarını pozması işdə olan qərar, protokol və məhkəmə iclasında tədqiq olunmuş ifadələr və fotoşəkilllərlə öz təsdiqini tapmışdır. Nəqliyyat vasitəsinin dayanma və durma üçün nəzərdə tutulmayan 3.27 yol nişanının təsir zonasında saxlanılması İXM-nin 346.1-ci maddəsinin tərkib əlamətlərini yaratmış olur. Həmçinin sürücü nəqliyyat vasitəsini idarə etdiyini, saxlamadığını bildirsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin fotoşəklinə baxış keçirilərkən, arxa tormoz işıqlarının yanılı olmasının müəyyən edilməsi, onun hərəkətdə olmadığını, yəni dayanmış olduğunu sübut etmiş olur. Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarının pozulması həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və iyirmi manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə qanunvericiliyin istinad olunan normalarına və işin faktiki hallarına əsasən şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı inzibati xətalar qanunvericiliyinin tələbləri pozulmamışdır, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddələrin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası DİN-nin xx.xx.2024-cü il tarixli EQ 25096646 saylı protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərarından verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar