Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1106/2022 06.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, "xxxx" MMC-nin barəsində Bakı şəhəri Nizami RPİ-dən daxil inzibati xəta haqqında protokola və sənədlərə inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami RPİ-dən "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi haqqında 28 aprel 2022-ci il tarixli AP nömrəli ******* saylı inzibati xəta haqqında protokol Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokolu və daxil olmuş sənədləri inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində nəzərdən keçirərək hesab edir ki, sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.1-106.0.6-cı maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi, işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı kimi məsələləri həll edir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində, "xxxx" MMC-nin barəsində Vergi internet resurslarından hər hansı məlumat əldə etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda hakim inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin barəsində qəbul edilmiş 28 aprel 2022-ci il tarixli AP nömrəli ******* saylı inzibati xəta haqqında protokol və sənədlər Bakı şəhəri Nizami RPİ-nə geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: İnşaat Tikinti Quraşdırma-NQ” MMC-nin barəsində qəbul edilmiş 28 aprel 2022-ci il tarixli AP nömrəli ******* saylı inzibati xəta haqqında protokol və sənədlər Bakı şəhəri Nizami RPİ-nə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1106/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1106/2022
06.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver