Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1108/2025 13.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi ilə, Zərərçəkmiş şəxs iştirakları ilə, 14.011992-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:00 radələrində idarə etdiyi “Opel Astra” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu Babək prospektində Babək körpüsünün üstündə hərəkətdə olarkən ara məsafəsinin düzgün saxlamadığından onunla eyni zolaqda, eyni istiqamətdə yolda tıxac səbəbindən dayanmış Zərərçəkmiş şəxs məxsus avtomobili arxa hissəsindən vurmuş və nəticədə sonuncu, yüngül zərər vurmaya aid xəsarət almışdır. Bununla da o, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Nizami RPİ təhqiqat şöbəsinin təhqiqatçısı X3 xx.xx.2025-ci il tarixli qərarı əsasında tərtib edilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, inizbati xəta törətmiş şəxsdən şikayətçidir. Belə ki, xx.xx.2025-ci il tarixdə, saat 15:00 radələrində idarə etdiyi “KİA-RİO” markalı avtomobillə Bakı şəhəri, Nizami rayonu Babək prospektində Babək körpüsünün üstündə hərəkətdə olarkən qarşısında hərəkətdə olan avtomobil sürətini kəskin azaldaraq, dayanmasını görmüş, avtomobilinin sürətini azaltsa da hadisənin qarşısını ala bilməyib həmin avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Zərbədən həmin avtomobil qarşısındakı avtomobilin arxa hissəsinə dəymişdir. Həmin vaxt arxasında hərəkətdə olan “Opel Astra” markalı avtomaşının qabaq hissəsi ilə onun avtomobilinin arxa hissəsində vurmuşdur. Hadisə nəticəsində xasarət almış və avtomobili əzilmişdir. Hal-hazırda ona dəymiş zərərin ödənilmədiyini, kompensasiya ödənilməsini tələb edərək, şəxsdən şikayətçi olduğunu bildirdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması inzibati xəta kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi İXM-in 327.8-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, Nizami RPİ təhqiqat şöbəsinin təhqiqatçısı X3 xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 06 ay (altı ay) müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-1108/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1108/2025
13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver