Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1126/2020 28.07.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, məhkəmə iclas katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, X1, onun barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3, onun barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayəti nəzərdən keçirib, hesab edirəm ki, şikayət ərizəsi məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun: 6.3.1 və 6.3.2-ci maddələrinə əsasən yazılı müraciətdə müraciətə baxan subyektin adı və ya onun vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi (vəzifəli şəxsin elektron ünvanına göndərilən müraciətlər istisna olmaqla); müraciət edən fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı (yaxud işlədiyi yer), hüquqi şəxsin adı və hüquqi ünvanı göstərilir; 6.5-ci maddəsinə əsasən kağız üzərində yazılı müraciəti fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsi imzalamalı və tarix qoymalıdır; 8.1.2-ci maddəsinə əsasən bu Qanunun 6.4-6.9-cu maddələrində göstərilən tələblərə cavab vermədikdə, müraciət baxılmamış saxlanılır. Şikayət ərizəsindən görünür ki, X3 məhkəməyə müraciət zamanı qeyd edilən tələblərə əməl etməmiş, şikayət ərizəsini imzalamamış, habelə, özünün ünvanını və digər zəruri məlumatları göstərməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şikayətə əlavə olunmuş AZE Seriyalı, 17161465 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 yaşayış, qeydiyyat ünvanı ünvan 1 istinad edilən Qanunun 2-ci maddəsində göstərilənlərə dair sübutlar isə təqdim olunmamışdır. Belə olan halda, hazırkı şikayətin müraciət edilən məhkəmə tərəfindən icraata qəbul edilməsinə əsaslar yoxdur, İXM-nin 129.1.3-cü maddəsinin tələbinə ziddir. Bundan başqa, inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması ilə bağlı icraatda səlahiyyətli orqanın (vəzifəli şəxsin) məhz qərarlarına yenidən baxılması nəzərdə tutulmuş və tənzimlənmişdir. X3 isə inzibati xəta haqqında qərardan deyil, inzibati xəta haqqında protokoldan şikayət vermiş, şikayətinə mübahisələndirdiyi qərarı əlavə etməmiş, şikayətini həmin qərarın hallarına uyğun əsaslandırmamışdır. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Beləliklə, hesab edirəm ki, X1 xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayət geri qaytarılmalı, barəsindəki inzibati xəta haqqında protokola onun iştirakı ilə baxılması barədə həmin protokolu tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxs) yuxarı səlahiyyətli orqanına ərizə ilə müraciət etmək, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarı rəsmi qaydada aldıqdan sonra isə, narazı qaldığı halda, qanunvericiliyin tələblərinə əməl etməklə yaşayış yeri üzrə ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ ona izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 128 130-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayət geri qaytarılsın. Barəsindəki inzibati xəta haqqında protokola onun iştirakı ilə baxılması barədə həmin protokolu tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxs) yuxarı səlahiyyətli orqanına ərizə ilə müraciət etmək, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarı rəsmi qaydada aldıqdan sonra isə, narazı qaldığı halda, qanunvericiliyin tələblərinə əməl etməklə yaşayış yeri üzrə ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ X2 izah edilsin. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1126/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1126/2020
28.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver