Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1127/2020 28.07.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 2 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə protokol və ona əlavə edilmiş material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə görə hakim inzibati xətalar haqqında işlərə baxarkən maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, Şəxs hüquqi ünvanının AZ1030, ünvan 1 olduğu üçün işə, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalı olması qənaətinə gəlmişdir. Lakin iş materiallarında olan xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, aparılmış yoxlama zamanı xx xxxx 2020-ci il tarixdə, saat 14:10 radələrində ünvan 2 ünvanında yerləşən aptek daxilində qoruyucu vasitələrdən istifadə edilməməklə müştərilərə xidmət göstərilməsi, yəni epidemiya, sanitargigiyena və karantin rejiminin qaydalarının pozulması faktı aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Göründüyü kimi, aptek daxilində qoruyucu vasitələrdən istifadə edilməməklə müştərilərə xidmət göstərilməsi, yəni epidemiya, sanitar-gigiyena və karantin rejiminin qaydalarının pozulması faktının aşkar edildiyi yer, yəni inzibati xətanın törədildiyi yer- “ünvan 2” ünvanı Sumqayıt şəhəri ərazisində yerləşir. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi ünvan 2 ərazisində törədildiyi halda, hüquqi şəxsin ünvanının Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşməsi əsas gətirilməklə inzibati xəta haqqında işə həmin Məhkəmədə baxılması mümkünsüzdür. Bundan əlavə, iş materiallarından görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi müşayiət məktubunda Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş digər sənədlərin məhkəməyə göndərildiyini qeyd etsə də, sadəcə inzibati xəta haqqında protokol qoşma kimi əlavə edilmiş, iş üzrə əhəmiyyət kəsb edən digər zəruri sənədlər və sübutlar əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinin tələbinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda,yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs MMC barəsində tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 109 və 118-сi maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə geri qaytarılsın. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1127/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1127/2020
28.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver