Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1129/2022 11.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, X1 inzibati tənbeh vermə haqqında qərardan şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X3 inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət vermişdir. Şikayəti nəzərdən keçirib, hesab edirəm ki, şikayət məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. X3 inzibati tənbeh vermə haqqında qərardan şikayət verdiyini qeyd etsə də, müəyyən olunur ki, onun Bakı şəhər BPİ-nin DYPİ-nin 30 noyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmədə mahiyyəti üzrə baxılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 3(007)-719/2022 nömrəli qərarı ilə şikayəti qismən təmin edilmişdir. Belə olan halda o, həmin qərarı apellyasiya qaydasında mübahisələndirə bilərdi. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Beləliklə, hesab edirəm ki, X1 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılmalı, məhkəmənin 20 aprel 2022-ci il tarixli qərarından narazı qaldığı halda, həmin qərardan apellyasiya qaydasında Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilər, bu hüququ şikayət vermiş şəxsə izah edilməlidir. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 inzibati tənbeh vermə haqqında qərardan şikayəti geri qaytarılsın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 3(007)-719/2022 nömrəli qərarından qanunla müəyyən edilmiş müddətdə və qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək hüququ X2 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyeva
Məhkəmə qərarları › İş №3(007)-1129/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1129/2022
11.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver