Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1132/2023 06.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi X1, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 iştirakı ilə, X2, 24 aprel 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Bakı şəhər BPİ X6 İdarəsinin 17 yanvar 2023-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər BPİ X6 İdarəsi tərəfindən 17 yanvar 2023-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 60 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. X2 Bakı şəhər BPİ X6 İdarəsinin 17 yanvar 2023-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 göstərdi ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Q.Qarayev prospekti, Q.Qarayev metrostansiyası istiqamətində hərəkətdə olan vaxt Bakı şəhər DYP-nin inspektorunun idarə etdiyi DYP avtomobili tərəfindən saxlanılmışdır. Saxlanılan vaxt inspektor heç bir sübut olmadan, heç bir videogörüntü olmadan əsassız şəkildə şifahi olaraq bildirmişdir ki, “Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələbini pozmusuz, sizə protokol tərtib edirəm”. O, buna qətiyyətlə etirazını bildirmiş, amma buna baxmayaraq ona qərarsız İXP ******* nömrəli protokol tərtib edərək ərazidən çıxıb getmişdir. O, protokoldan Bakı şəhər DYPİ-yə şikayət vermiş, şikayəti əsasında xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi üçün Nizami Rayon Məhkəməsinə şikayət vermişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 3(007)- 1859/2022 saylı qərarı ilə xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərar ləğv edilmiş və iş yenidən baxılması üçün BDYPİ-yə göndərilmişdir. Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli qərarı ilə qeyd edilən maddə ilə inzibati xəta törətməyi qərara alınmışdır. Burada xüsusilə qeyd edir ki, sübuta yetirilməyən iddia sürücünün xeyrinə yekunlaşmalıdır. O, bir daha qeyd edir ki, heç bir pozuntuya yol verməmişdir, hərəkətdə olan işıqforun qadağanedici işığında keçmədən heç bir avtomobilin hərəkətinə mane olmadan hərəkətini davam etdirmişdir. Hazırkı şikayət ərizəsi ilə məhkəməyə müraciət edir. O, bir daha qeyd edir ki, heç bir pozuntuya yol verməmişdir. Qərar ona təqdim edilməmişdir, o, özü BDYPnə xx.xx.2023-cü il müraciət edərək qərarı əldə etmişdir. Bakı şəhər BPİ X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayət ərizəsinə Bakı şəhər BPİ X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Bakı şəhər BPİ X6 İdarəsinin 17 yanvar 2023-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 69.1, 69.3 və 69.4-cü maddələrinə əsasən işin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz. Hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. İnzibati xəta haqqında iş üzrə prosessual hərəkətlər barəsində hal şahidlərinin qeydləri protokolda göstərilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Yol-patrul xidməti haqqında” Təlimatın 3.13-cü bəndinə əsasən yol patrul xidməti, xidməti-əməliyyat nəqliyyat vasitələri ilə (patrul, əməliyyat, təxliyyə, qəza yerinə çıxış avtomobilləri, patrul motosikletləri və digər); xidməti-əməliyyat vertolyotları (helikopter); yol hərəkəti qaydalarını pozma hallarını qeydə alan xüsusi-texniki vasitələrlə (sərxoşluq vəziyyətini, nəqliyyat vasitələrinin tullantılarında çirkləndirici maddələrin miqdarını, avtomobillərin şüşələrinin işıqburaxma qabiliyyətini müəyyən edən cihazlar və digər); inzibati xəta haqqında protokol və səlahiyyəti daxilində qəbul etdiyi inzibati xəta haqqında qərarlar barədə məlumatları mərkəzi informasiya sisteminə ötürmək üçün bortkompüterlər; müəyyən edilmiş qaydada odlu silah, xüsusi əməliyyat, rabitə və texniki vasitələrlə təmin olunurlar. Həmin Təlimatın 8.2-ci bəndinə əsasən inzibati xəta hadisəsi DYP-nin səlahiyyətli əməkdaşı tərəfindən bilavasitə, o cümlədən xüsusi texniki vasitələrin (foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar istisna olmaqla) köməyi ilə aşkar edildikdə onun törədilməsində təqsirli hesab edilən şəxs barədə protokol və ya qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş əlavələrə uyğun olaraq sürücülük vəsiqəsi və ya şəxsiyyəti təsdiq edən sənəd əsasında tərtib edilir. Lakin, Yol patrul xidməti inspektoru X3 barəsində inzibati xəta haqqında protokol tərtib edərkən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün nə hal şahidlərinin iştirakını təmin etmiş, nə də ki “Yol-patrul xidməti haqqında” Təlimata əsasən həmin yol hərəkəti qaydalarını pozma hallarını qeydə alan cihazlar, yəni əməliyyat-texniki vasitələrindən istifadə etmişdir. Bununla da qeyd edilən inzibati xətanın törədilməsində X2 təqsirinin olubolmamasına dair hər hansı bir sübut olmadan onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərarla X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 60 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bununla yanaşı, xüsusilə nəzərə alınmalıdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(007)-1859/2022 saylı qərarına əsasən, eyni inzibati xətaya görə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, təkrar araşdırılması üçün Bakı şəhər BPİ DPYPİ-nə göndərilsə də, heç bir araşdırma aparılmadan, təkrarən mahiyyəti üzrə eyni qərar qəbul edilmiş, buna dair sübutlar isə məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1, 53.1.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Bakı şəhər BPİ X6 İdarəsinin 17 yanvar 2023-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin edilsin. Bakı şəhər BPİ X6 İdarəsinin 17 yanvar 2023-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta tərkibi olmadığına görə X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1132/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1132/2023
06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver