Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1135/2022 31.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X4 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş 10 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Bakı şəhəri, Nizami rayonu, Yavər Əliyev küçəsi və Şərifli küçəsinin kəsişdiyi yerdə olan 600 kv.-dən ibarət torpaq sahəsində fərdi evin inşası üçün həmin sahənin iddiaçı Zərərçəkmiş şəxs Məhəmməd oğlunun istifadəsinə verilməsi vəzifəsinin Nizami Bələdiyyəsinin üzərinə qoyulmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 oktyabr 2005-ci il tarixli 2(009)-1335/2005 nömrəli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri Şəxs tərəfindən yerinə yetirilməmiş, icra sənədinin icrası təmin edilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X2 protokolun məzmununa uyğun izahat verərək borclu Nizami Bələdiyyəsinin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X5 izahatında göstərmişdir ki, sözügedən icra sənədi 23 oktyabr 2007-ci il tarixdə qanuni qüvvəsini alsa da, 10 ildən artıq müddət keçdikdən sonra icraya yönəldilmişdir, habelə icra sənədində göstərilən ünvanda 600 kv.m boş torpaq sahəsi yoxdur. İcra sənədinin icrası ilə bağlı sənədlər daxil olduqdan sonra torpaq sahəsinin plan və ölçülərinin hazırlanması, yerdə koordinatlarının və icra orqanı tərəfindən müvafiq rəyin verilməsi, torpağın yerləşdiyi zonanın müəyyən olunması, digər bu kimi məsələlərin hansı qurum tərəfindən yerinə yetirilməsi və torpağın istifadəyə verilməsi məsələlərinə qətnamədə aydınlıq gətirilmədiyinə görə qətnaməyə izah verilməsi üçün məhkəməyə təqdimat verilməsi məqsədilə icra şöbəsinə müraciət etmişlər. Məhkəmə həmin müraciətə baxaraq təmin etmədikdən və hazırkı iş üzrə inzibati xəta haqqında protokolun tərtib edilməsindən sonra, 27 may 2022-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinə tərəflərindən rəsmi məktubla müraciət edilərək qətnamədə qeyd olunan torpaq sahəsinə yerində baxış keçirilərək yerdə koordinatlarının müəyyən edilməsi, plan və ölçülərinin hazırlanması, torpağın hansı sahəyə aid olması barədə müvafiq rəyin verilməsi xahiş edilmişdir. Müraciətlərinə cavab verildikdən sonra bundan irəli gələrək müvafiq tədbirlər görüləcəkdir. İcra sənədinin icrasının mümkünsüzlüyünün Nizami Bələdiyyəsinin təqsirindən baş vermədiyini, əməldə inzibati xəta tərkibi olmadığını nəzərə alaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Məhəmməd oğlu izahatında göstərmişdir ki, onun və valideynlərinin yaşayış yerləri olmadığına görə 1994-cü ildən məskunlaşdıqları, bostan, bağ becərmə işləri aparmaqla plaş-palatka şəraitində yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Yavər Əliyev küçəsi və Şərifli küçəsinin kəsişdiyi yerdə olan 600 kv.m torpaq sahəsinin fərdi evin inşası üçün onlara verilməsi vəzifəsi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 oktyabr 2005-ci il tarixli icra sənədinə əsasən Nizami Bələdiyyəsinə həvalə edilmişdir. Həmin icra sənədinin verilməsinə əsas olan qətnamə qüvvədə olmasına baxmayaraq indiyədək icra sənədinin icrası təmin edilməmişdir. Dəfələrlə borclu orqan olan Nizami Bələdiyyəsindən tələb etmələrinə, əvvəlki rayon icra hakimiyyəti başçısının qəbulunda olmasına baxmayaraq məsələ həllini tapmamışdır. Sonra bir müddət müəyyən problemlərə görə başı qarışmış, ona görə icra sənədinin icrasını tələb edə bilməmişdir. Ona izah edilmişdir ki, icra sənədində göstərilən sahədə boş torpaq sahəsi yoxdur, o isə təklif etmişdir ki, belə olan halda torpaq sahəsinin eyni yerdən verilməsini tələb etmir, başqa sahədən də olsa, torpaq sahəsi verərək onun tələbini təmin etsinlər. Lakin bu tələbi də yerinə yetirilməmişdir. Qanuna uyğun qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddələrinə əsasən məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, o nəticəyə gəlir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında verilmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməyən hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla hüquqi şəxsin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur, Nizami Bələdiyyəsi hüquqi şəxs qismində həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin izahatında göstərilənləri hüquqi şəxsin inzibati məsuliyyətdən yayındırılmasına cəhd kimi qiymətləndirirərək nəzərə almır, qeyd edir ki, sözügedən icra sənədinin verilməsinə əsas olan məhkəmə qətnaməsi qüvvədədir, icra məmurunun qətnamə üzrə verilmiş icra sənədinin icra qaydasının müəyyən edilməsi barədə təqdimatı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 8(009)-304/2021 nömrəli qərardadı ilə əsassız sayılaraq təmin edilməmişdir. Məhkəmə həmin qərarı ilə belə qənaətə gəlmişdir ki, icra sənədində tələblər aydın göstərilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, icra sənədinin icrası təmin edilməlidir, hazırkı inzibati işin icraatına xitam verilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1135/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1135/2022
31.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver