Məhkəmə qərarları › İş №3(007)-1137/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1137/2021

05.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1137/2021 05.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Maliyyə X1 daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə X3 İnzibati İcraat İdarəsinin mütəxəssisi X7 tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs MMC 85000 Avro məbləğində olan vəsaiti Bank hesabından xx.xx.2019-cu il tarixdə ölkədən kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 270 gün artıq müddət keçsə də 85000 Avro məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, Şəxs MMC ilə “SEDRA DİS TİCARET LİMİTED” ŞTİ arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2019-cu il tarixdə Şəxs MMC tərəfindən “SEDRA DİS TİCARET LİMİTED” ŞTİ-nin hesabına 85000 Avro köçürülmüşdür. Həmin müqavilə əsasında “SEDRA DİS TİCARET LİMİTED” ŞTİ tərəfindən 85000 Avro dəyərində konstruksiya materialları Şəxs MMC-yə göndərilmişdir. Məhkəmədən göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-6/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xətanın obyekti olmuş 85000 Avronun 20 faizi, yəni 17000 Avro məbləğində cərimə edilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 3(103)-55/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin "Şəxs” MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xətanın obyekti olmuş 85000 Avronun 20 faizi, yəni 17000 Avro məbləğində cərimə edilməsinə dair xx.xx.2020-ci il tarixli, 3(007)-6/2020 saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. - Azərbaycan Respublikasının Maliyyə X6 tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Şəxs MMC Azərbaycan Respublikasının İXMnin 430.4-cü maddəsi ilə barəsində bank hesabından xx.xx.2019-cu il tarixdə 85000 Avro məbləğində qabaqcadan köçürülmüş ödənişlə əlaqədar köçürülmənin aparıldığı tarixdən 270 gün ərzində müvafiq malların ölkəyə idxalını və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sübutların (gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd, qabaqcadan ödənilmiş məbləğin geri qaytarılmasını təsdiq edən sənəd və s.) təqdim edilmədiyi halda xx.xx.2019-cu il tarixdə saat 11:30-da Azərbaycan Respublikasının Maliyyə X4 inzibati xəta haqqında protokol tərtib olunacağı barədə xəbərdar edilmiş və müvafiq sübutları təqdim etmək, sübutları olmadığı təqdirdə tərtib olunacaq inzibati xəta haqqında protokolla tanış olmaq və protokolun surətini almaq üçün səlahiyyətli nümayəndəsinin Palataya gəlməsi tələb olunmuşdur. - xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC ilə “SEDRA DİS TİCARET LİMİTED” ŞTİ arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01/19 nömrəli müqavilə üzrə xx.xx.2019-cu il tarixdə Şəxs MMC tərəfindən “SEDRA DİS TİCARET LİMİTED” ŞTİ-nin hesabına 85000 Avro köçürülmüşdür. - “xxxx” ASC-nin 3 saylı filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 61/103 nömrəli məktubdan görünür ki, xx.xx.2019-cu il tarixdə xx.xx.2019-cu il tarixli, 01/19 saylı müqaviləyə və xx.xx.2019-cu il tarixli, TR-10-19 saylı invoice əsasən “SEDRA DİS TİCARET LİMİTED” ŞTİ şirkətinə konstruksiya materiallarının alınması üçün 85000 Avro məbləğində köçürülmüş və həmin vəsait portalda tam olaraq bağlanmışdır. Bank qarşısında həmin köçürmə üzrə heç bir öhdəliyi yoxdur. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx xxxxxx 2016-cı il tarixli, 45/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.0-cı maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda; şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2019-cu il tarixdə Şəxs MMC tərəfindən “SEDRA DİS TİCARET LİMİTED” ŞTİ-nin hesabına 85000 Avro köçürülmüş və “SEDRA DİS TİCARET LİMİTED” ŞTİ tərəfindən Şəxs MMC-yə həmin məbləğdə mal göndərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar