Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1138/2020 29.07.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi ilə, X1 xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayət ərizəsinə məhkəmənin binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X3 xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayət ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə daxil olmuş şikayət ərizəsini nəzərdən keçirib hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət- şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi, inzibati xətalar qanunvericiliyinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət verilməsi nəzərdə tutulmuşdur. X3 isə inzibati xəta haqqında protokoldan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Bundan başqa şikayət ərizəsindən göründüyü kimi X1 ünvanı kimi ünvan 1 B ünvanı göstərilmişdir. Şikayət ərizəsinə X1 həmin ünvanda yaşamasını təsdiq edən sənəd əlavə edilməmişdir. Halbuki yaşayış yerinə dair sənədin şikayətə əlavə edilməsi məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi üçün zəruridir. Beləliklə, məhkəmə hesab edir ki, X1 xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayət ərizəsi geri qaytarılmalı, X2 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişsə həmin qərar şikayətə əlavə edilməklə yaşayış yeri üzrə ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ, inzibati xəta haqqında protokoldan isə müvafiq İnzibati-İqtisadi məhkəməsinə ərizə vermək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: X1 xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayət ərizəsi geri qaytarılsın. X2 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişsə həmin qərar şikayətə əlavə edilməklə yaşayış yeri üzrə ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ, inzibati xəta haqqında protokoldan isə müvafiq İnzibati-İqtisadi məhkəməsinə ərizə vermək hüququ izah edilsin. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1138/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1138/2020
29.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver