Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1154/2020 04.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, tələbkar X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1982-ci ildə Laçın rayonunun Minkənd kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 695/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədini icra etməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin icra məmuru E.N.İsrafilov tərəfindən xx.xx.2020-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 695/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(003)-982/2017 saylı qətnaməsi ilə xx xxxxxx 2004-cü il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və Şəxs xx xxxxxx 2004-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin X4 xeyrinə tutulması qət edilmişdir. İcra sənədi icraata qəbul edildikdən sonra icraata başlamaq haqqında qərar və bildiriş borclunun ünvanına göndərilmişdir. Şəxs icra sənədi üzrə alimenti ödəməkdən yayınmış və 1386 manat aliment borcu yaranmışdır. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, icra sənədini icra etməkdən boyun qaçırmır. İşlədiyi müddət ərzində aliment əmək haqqından tutulmuşdur. İşi ağır olduğundan və səhhətində yaranan problemlərlə əlaqədar işdən çıxmışdır. Ambulator müalicə almış və özünə iş yeri axtarmışdır. Əvvəlki iş yerinə də müraciət etmiş, lakin ona hazırda vakant yer olmadığı bildirilmişdir. Bundan əlavə başqa iş yerlərinə də müraciət etmişdir. Ölkə ərazisində olan pandemiya dövrü ilə əlaqədar iş tapa bilmədiyi üçün alimenti ödəyə bilməmişdir. Həyat yoldaşı aşpazdır, pandemiya ilə əlaqədar olaraq yoldaşı da hal hazırda işləmir. Sərtləşdirilmiş xüsusi karantin rejimi 31 avqusta qədər uzadıldığı üçün yoldaşının iş yeri həmin tarixdən sonra açılacaqdır. Qızı Aysu onun himayəsinə verildiyi təqdirdə uşağına baxmağa hazırdır. Bayramlarda qızının yanına gedib görüşmək istəsə də Xəyyam və onun anası uşaqla görüşməyinə imkan verməmişlər. O, aliment ödəməkdən yayınmır, alimenti ödəmək üçün iş tapana kimi ona vaxt verilməsini xahiş edir və işləməyə başlayan kimi alimenti ödəyəcəyinə söz verir. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X6 izahat verərək bildirmişdir ki, Şəxs əvvəllər alimenti ödəsə də, yeni ailə qurduqdan sonra alimenti ödəməkdən yayınmışdır.Arzunun həyat yoldaşı işləyir, alimenti ödəməyə maddi imkanı vardır. Arzunun 1386 manat aliment borcu yaranmışdır. Alimentin ödənilməsini istəyir. Məhkəmədən Şəxs barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-695/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(003)-982/2017 saylı qətnaməsi ilə xx xxxxxx 2004-cü il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və Şəxs xx xxxxxx 2004-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində alimentin X4 xeyrinə tutulması qət edilmişdir. - icraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-695/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-695/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbi icra etməsi tələb olunmuşdur. - “X10” MMC tərəfindən göndərilmiş məktubdan görünür ki, Şəxs ilə “X10” MMC arasında bağlanmış əmək müaviləsinə xx.xx.2019-cu il tarixdən xitam verilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs işlədiyi müddət ərzində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-695/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə ödənişlər etmişdir. xx.xx.2019-cu il tarixdə Şəxs əmək müqaviləsinə xitam verildiyindən və Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi ilə əlaqədar özünə yeni iş yeri tapıb işləyə bilmədiyindən icra sənədini icra edə bilməmişdir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, Şəxs əməlində qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından qərəzli boyun qaçırma kimi əlamətlər yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-695/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə dair sübutlar təqdim edilmədiyindən və bununla da Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bu mənada hazırkı qərarda gəlinmiş nəticə borclu Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-695/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin qalan hissədə icrasından azad etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 2 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 №-li qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında nəzərə alınmaqla 12 manat (2x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx.xx.1982-ci ildə Laçın rayonunun Minkənd kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 2 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil 12 (on iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1154/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1154/2020
04.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver