Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1155/2020 04.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru Mirzəzadə Hakim Vilayət oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, ünvan 1 mənzil 23 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsi, yataqxana 30 ünvanında qonşuluqda yaşayan sakinlərin üzərinə hücum çəkərək və ünvanlarına nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru H.V.Mirzəzadə tərəfindən xx.xx.2020-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru Mirzəzadə Hakim Vilayət oğlu inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, yaşadığı ünvan 2 ünvanında yerləşən yataqxanada qonşularla münasibəti yaxşı olmuşdur. Əvvəllər Gülnarla aralarında ailədaxili söz-söhbət olmuş və evlərində olan səs-küydən qonşular narahat olmuşlar. Bu səbəbdən də o, və Gülnar həmin binadan köçmək istəmişlər, lakin ölkədə olan pandemiya ilə əlaqədar çıxa bilməmişlər. Evində əvvəllər it saxlamış, lakin qonşular narahat olduğu üçün sonra it saxlamamışdır. Bir gün o, qaynı ilə evdə oturarkən Röya onların yaşadığı evə gələrək “sənin arvadın məndən nə istəyir? məni qonşu Anara niyə qısqanır” və s. sözlər işlətmişdir. Gülnar bu zaman qonaqlıqda olmuşdur. O, bu barədə Gülnara məlumat vermişdir. Hadisə olan gün oğlu ona polis əməkdaşlarının gəldiyini bildirmiş, o və yoldaşı evdən çölə çıxmışlar. Qonşular arasında səs-küy olmuş və qonşular Gülnarın üstünə düşmüşlər. O da Gülnarı müdafiə edərək “Gülnarı tək görmüsüz?” demişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Nəcəfova Röya Əflatun qızı izahat verərək bildirmişdir ki, təxminən 3-4 ay olar ki, yaşadığı ünvan 2 ünvanında yerləşən yataqxananın 4-cü mərtəbəsində yaşayan X2 ilə aralarında mübahisələri olmuşdur. Buna səbəb Gülnar onun qapı qonşusu Anarla münasibətinin olduğunu zənn edib qısqandığı üçün onunla ünsiyyətini kəsmişdir. Gülnar onu yataqxanada gördükdə səbəbsiz yerə ünvanına nalayiq ifadələr işlətmişdir. O, Gülnardan bunun səbəbini soruşduqda Gülnar qonşuların içərisində onu və qızını təhqir etmiş və ona şər-böhtan atmışdır. xx.xx.2020-ci il tarixdə dəhlizdə Gülnar onun üzərinə hücum çəkərək əl-qol atmış və onu təhqir etmişdir. Bunu eşidən qonşular onları ayırmağa çalışan zaman qonşularla da mübahisə edərək onu və qonşuları nalayiq ifadələrlə təhqir etmişdir. xx.xx.2020-ci il tarixdə qonşularla birlikdə kollektiv şikayət ərizəsi ilə 25-ci PŞ-nə müraciət etmişlər. xx.xx.2020-ci il tarixdə sahə inspektoru Hakim Mirzəzadə şikayət ərizəsi ilə əlaqədar yataqxanaya gəlib araşdırma aparan zaman Gülnar və birlikdə yaşadığı Elşad onun üzərinə hücum çəkmiş, sahə inspektoru onları güclə sakitləşdirərək nizam intizama çağırmışdır. Gülnar heç bir səbəb olmadan onunla və qonşularla mübahisə edərək ünvanlarına nalayiq ifadələr işlətmişdir. Gülnar onun 16 yaşlı qız övladına şər-böhtan ataraq ünvanına düzgün olmayan sözlər işlətmişdir. Məhkəmə iclasında dindirilmiş X6 izahat verərək bildirmişdir ki, yaşadığı ünvan 2 ünvanında yerləşən yataqxananın 4-cü mərtəbəsində kirayədə yaşayan X2 və bir yerdə yaşadığı Şəxs mütəmadi olaraq binanın sakini Nəcəfova Röya Əflatun qızı ilə mübahisə edərək onun ünvanına nalayiq ifadələr işlətmişdir. Məmmədova Gülnar yataqxananın dəhlizində nalayiq ifadələr işlədərək qonşuları narahat etmişdir. Bu barədə dəfələrlə ev sahibinə də şikayət etmişlər. Həmçinin xx.xx.2020-ci il tarixdə qonşularla birlikdə kollektiv şikayət ərizəsi ilə 25-ci PŞ-nə müraciət etmişlər. Məmmədova Gülnar xx.xx.2020-ci il tarixdə polis əməkdaşının yanında Nəcəfova Röyanın üzərinə hücum çəkmiş və yenə nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında dindirilmiş X1 izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 19:00 radələrində 4-cü mərtəbədə yaşayan qonşusu Röyanın mənzilinə qonaq getmişdir. Onlarda olan zaman qonşuluqda yaşayan Gülnar Röyanın evinə gələrək Röyanı dəhlizə çağırmışdır. Röya dəhlizə çıxıb onu niyə çağırdığını soruşduqda Gülnar heç nə demədən Röyanı təhqir etmişdir. Röya ondan uzaqlaşıb evə girmək istədikdə Gülnar Röyadan ondan əl çəkməyərək təhqir etməyə davam etmişdir. O, güclə Gülnarı oradan uzaqlaşdırıb evinə yola salmışdır. Gülnar qonşuların yaşayışına mane törədir, heç bir əsas olmadan nalayiq ifadələr işlədir. xx.xx.2020-ci il tarixdə qonşularla birlikdə kollektiv şikayət ərizəsi ilə 25-ci PŞ-nə müraciət etmişlər. Məhkəmə iclasında dindirilmiş X4 izahat verərək bildirmişdir ki, 25 ilə yaxındır ki, ünvan 2 ünvanında yerləşən yataqxanada ailəsi ilə birlikdə yaşayır. Yataqxananın 4-cü mərtəbəsində kirayədə yaşayan Məmmədova Gülnar və birlikdə yaşadığı Şəxs yataqxanaya köçəndən onlar rahat yaşaya bilmirlər. xx.xx.2020-ci il tarixdə Gülnargilin uşağı mənzildə səs-küy saldığı üçün onlara sakit olmaqlarını bildirmişdir. Gülnar və Elşad onun üzərinə gələrək onlardan nə istədiyini soruşduqda o, rahat yaşamaq istədiyini, səsküy salmamaqlarını bildirmişdir. Bundan sonra Elşad onun üzərinə hücum çəkərək onun ünvanına nalayiq ifadələr işlətmiş, əl-qol ataraq onu itələmişdir. xx.xx.2020-ci il tarixdə qonşularla birlikdə kollektiv şikayət ərizəsi ilə 25-ci PŞ-nə müraciət etmişlər. xx.xx.2020-ci il tarixdə sahə inspektoru Hakim Mirzəzadə şikayət ərizəsi ilə əlaqədar yataqxanaya gəlib araşdırma aparan zaman Gülnar və Elşad onun yanında Röyanın üzərinə hücum çəkmiş və onun ünvanına nalayiq ifadələr işlətmişdir. Elşad və Gülnarın əlindən rahat yaşaya bilmirlər. Məhkəmə iclasında dindirilmiş X3 izahat verərək bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən yataqxanada tək yaşayır. Yataqxananın 4-cü mərtəbəsində yaşayan Gülnar mütəmadi olaraq qonşularla yola getmir. Qonşuluqda yaşayan Röyaya və qızına şərböhtan atır. Gülnar dəhlizdə küçə söyüşləri söyərək onu və qonşuları narahat edir. xx.xx.2020-ci il tarixdə qonşularla birlikdə kollektiv şikayət ərizəsi ilə 25-ci PŞ-nə müraciət etmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə, yəni ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərə yol verməklə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 №-li qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında nəzərə alınmaqla 18 manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.1981-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, ünvan 1 mənzil 23 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğluna 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil 18 (on səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1155/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1155/2020
04.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver