Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1158/2021 07.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Həsənova Vəfa Oruc qızının katibliyi, Azərbaycan Respublikasının X1 nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1958-ci ildə Sisian rayonunun Şəki kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında fəaliyyət göstərən “777” kafesinin sahibkarı müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və nəzarət tədbirinin keçirilməsinə maneçilik törədərək yoxlama yerinə buraxmamışdır. Bu barədə Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinin baş məsləhətçisi A.Ş.Əliyev tərəfindən xx.xx.2021-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının X1 nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 237 nömrəli Qərarına əsasən ictimai iaşə obyektlərində icra vəziyyətinin yoxlanılması məqsədilə Azərbaycan Respublikasının X1 əməkdaşları və “ARB” televiziyasının müxbiri ilə birlikdə ünvan 2 ünvanında yerləşən sahibkar Şəxs məxsus “777” kafesinə getmişlər. Şəxs oğlu X3 qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törətmiş, onları yoxlama yerinə buraxmamış, qanuni tələblərini yerinə yetirməmişdir. X3 onları itələmiş, kameranı almaq istəmiş və sair hərəkətlər etmişdir. Onlar oraya polis əməkdaşlarını çağırmışlar. Qeyd olunanlara əsasən sahibkar Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən “777” kafesi ona məxsusdur. X6 həmin kafedə nəzarətçi işləyir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının X1 əməkdaşları kafeyə gələn zaman o, orada olmamışdır. Sonradan ona məlum olmuşdur ki, X1 əməkdaşları kafeyə gələn zaman oğlu Elçin onlara temperaturlarını ölçməyi və əllərini spirtləməyi təklif etmiş, nəticədə aralarında mübahisə yaranmışdır. Onun barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib etmişlər. Məhkəmə iclasında X3 izahat verərək bildirmişdir ki, o, atası Şəxs məxsus “777” kafesində nəzarətçi işləyir. xx.xx.2021-ci il tarixdə X1 əməkdaşları kafeyə gələn zaman onlara yoxlama aparmalarına mane olmamışdır. Həmin əməkdaşlara vəsiqələrini təqdim etmələrini bildirmiş, həmçinin onlara temperaturlarını ölçməyi və əllərini spirtləməyi təklif etmişdir. Həmin əməkdaşlar onu itələyərək kafeyə daxil olmuşlar. Məhkəmə inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə görə hakim inzibati xətalar haqqında işlərə baxarkən maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının X1 əməkdaşları ünvan 2 ünvanında fəaliyyət göstərən “777” kafesinə qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsi məqsədilə gələn zaman Şəxs kafedə olmamış və yoxlamanın keçirilməsinə hər-hansı maneçilik törətməmişdir. Həmin vaxt kafedə X3 olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinə geri qaytarılsın. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1158/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1158/2021
07.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver