Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1159/2020 06.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, məhkəmə iclas katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, X1, onun barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3, onun barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayəti nəzərdən keçirib, hesab edirəm ki, şikayət ərizəsi məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında qərarından məhkəməyə şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İlk növbədə qeyd edilməlidir ki, X3 şəxsiyyətini təsdiq və yaşayış yerini müəyyən edən sənədi şikayətə əlavə etməmişdir, ona görə şikayətin İXM-nin 129.1.3-cü maddəsinin tələbinə uyğun olaraq Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə aid olubolmadığını müəyyən etmək olmur. Bundan başqa, X3 şikayətinə xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətini (oxunması çətinlik törədən formada) əlavə etmiş, lakin həmin iş üzrə qəbul olunmuş qərarı əlavə etməmişdir, şikayətini həmin qərarla müəyyən edilmiş hallara uyğun əsaslandırmamışdır. Hansı ki, inzibati xətalar qanunvericiliyində səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında protokolundan deyil, inzibati xəta haqqında iş üzrə qərarına yenidən baxılması nəzərdə tutulmuş və tənzimlənmişdir. Qərar olmadığı üçün onun əsaslılığının yoxlanılması mümkün deyil. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Beləliklə, hesab edirəm ki, X1 xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayət geri qaytarılmalı, barəsindəki inzibati xəta haqqında protokola onun iştirakı ilə baxılması barədə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxs) yuxarı səlahiyyətli orqanına ərizə ilə müraciət etmək, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarı rəsmi qaydada aldıqdan sonra isə, narazı qaldığı halda, qanunvericiliyin tələblərinə əməl etməklə yaşayış yeri üzrə ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ ona izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 128 130-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayət geri qaytarılsın. Barəsindəki inzibati xəta haqqında protokola onun iştirakı ilə baxılması barədə həmin protokolu tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxs) yuxarı səlahiyyətli orqanına ərizə ilə müraciət etmək, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarı rəsmi qaydada aldıqdan sonra isə, narazı qaldığı halda, qanunvericiliyin tələblərinə əməl etməklə yaşayış yeri üzrə ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ X2 izah edilsin. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1159/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1159/2020
06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver