Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-116/2021 03.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X2, onun vəkili-Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Vəkil, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin DYP-nin Yol hərəkətinin təşkili şöbəsinin mühəndisi Qasımov Şüöyüb İsmayıl oğlunun, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X6 nümayəndəsi Nümayəndə iştirakları ilə, X2 Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X6 xx xxxxxx 2020-ci il tarixli, TR seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X6 xx xxxxxx 2020-ci il tarixli, TR seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, “xxxx” MTK-da iş icraçısı işləyir. İşlədiyi kooperativin Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində inşa etdiyi bina təhlükəsizlik tədbiri olaraq dəmir hasarla əhatələnmişdir. Bir müddət öncə dəmir hasarın bayır tərəfində yol nəqliyyat hadisəsi baş vermişdir, yol nəqliyyat hadisəsi nəticəsində həmin hasar zədələnmiş və onun yaxınlığında mövcud olmuş yol nişanı qırılmışdır. Hadisə yerinə Yol Polisinin əməkdaşları gəlmiş, hadisəni qeydə almış və yerə düşmüş yol nişanı da “xxxx” MTK-nın hasarının dirəyinə sancılmışdır. Bu hadisədən sonra, xx xxxxxx 2020-ci il tarixdə yol patrul xidməti baş inspektoru, polis leytenantı Qasımov Şüöyüb İsmayıl oğlu kooperativin tikinti sahəsinə gələrək guya onun yol nişanını sındırdığını iddia etmişdir. O, Qasımov Süöyübə yol nişanının dirəyinin qırılmasının ona və kooperativin işçilərinə heç bir aidiyyəti olmamasını bildirmişdir. Buna baxmayaraq baş inspektor Qasımov Süöyüb əsassız və qanunsuz olaraq barəsində İXP ******* saylı xx xxxxxx 2020-ci il tarixli protokol tərtib etmiş və göstərmişdir ki, guya o, Azərbaycan Respublikası İXM-nin 354.0.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Həmin protokol əsassız və qanunsuz tərtib olunmuşdur, protokolda onun konkret hansı əməli törətməyi, izahatı və vəsatəti barədə müvafiq qeydlər edilməmiş, hüquq və vəzifələri izah olunmamışdır. Protokol əsassız və qanunsuz tərtib olunduğu üçün onu imzalamaqdan imtina etmişdir. xx xxxxxx 2020-ci il tarixli məktubla baş inspektor Qasımov Süöyüb inzibati araşdırma ilə bağlı onun xx xxxxxx 2020-ci il saat 11:00-da Bakı şəhər BPİ DYPİ-yə gəlməli olmağı barədə çağırış göndərmiş, lakin həmin məktub ona xx xxxxxx 2020-ci il tarixdə çatmışdır. Məktubu aldıqdan sonra o, Bakı Şəhər BPİ DYPİ-yə gələrək baş leytenant Qasımov Süöyüb İsmayıl oğlunu axtarsa da, tapa bilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə baş leytenant Qasımov Süöyüblə görüşdükdə isə, o, iştirakı olmadan artıq qərar çıxardığını, onu 500 manat cərimə etdiyini, qərarını poçt vasitəsilə yaşadığı ünvana göndərdiyini bildirmişdir. Baş inspektor Qasımov Süöyübün onun barəsində çıxardığı qərarı poçt vasitəsilə xx xxxxxx 2020-ci il tarixdə almışdır. Aşağıdakılara görə barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərarı əsassız və qanunsuz hesab edir. Qərarda göstərilmişdir ki, guya o, xx xxxxxx 2020-ci il tarixdə saat 16:04-də Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydalarını pozulmaqla, reklam və digər məlumat qurğuları yerləşdirmişdir. Lakin o, avtomobil yolunda nişan və göstərici, reklam lövhələri və transparantlar qurmamış, yerləşdirməmişdir. “xxxx" MTK-nın apardığı tikinti sahəsinin ətrafına, bina tikintisi üçün ayrılmış ərazidə təhlükəsizlik tədbiri olaraq dəmir hasar çəkilmişdir. Həmin hasarın içərisində, avtomobil yolunun təhkim və qorunma zolağından kənarda inşa olunan bina barədə məlumat lövhəsi quraşdırılmışdır. Həmin məlumat lövhəsi də yol nişanlarının görünməsinə, yol şəraitinin qiymətləndirilməsinə heç bir maneçilik törətmir, onu pisləşdirmir, yol hərəkətinin təhlükəsizliyi tələblərinə tam cavab verir. Onun “xxxx” MTK-nın tikinti ərazisinin kənarında mövcud olmuş yol nişanının zədələnməsinə heş bir aidiyyəti yoxdur. Yol nişanı kooperativin tikinti sahəsinin ətrafına çəkilmiş hasardan kənarda olmuşdur. Həmin nişan yol nəqliyyat hadisəsi zamanı hərəkətdə olmuş avtomobilin zərbəsindən qırılmışdır. Nişanın dirəyinin qalığı kooperativin hasarının bayır tərəfində indi də durur. Sonradan həmin nişan kooperativin hasarının dirəyinə sancılmışdır. Nişanın kim tərəfindən kooperativə məxsus dirəyə sancılması barədə onda məlumat yoxdur. Bundan sonra kooperativdə çalışan işçilər həmin dirəkdəki nişanın görünməsi üçün hasarı geri çəkməyə və yeni dirək quraşdırmağa məcbur olmuşdur. Lakin bu günə kimi səlahiyyətli orqanlar tərəfindən qırılmış yol nişanı qanunla müəyyən edilmiş qaydada yenisi ilə əvəzlənməmişdir. xx xxxxxx 2020-ci il tarixli, TR ******* saylı inzibati tənbeh vermə haqqında qərar onun iştirakı olmadan çıxarılmışdır, o, özünü müdafiə etmək, arqumentlər gətirmək, sübutlar təqdim etmək, izahat, vəsatət və etirazlar vermək, müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqlarından məhrum olmuşdur. Onun 500 manat miqdarında cərimə edilməsi barədə Bakı şəhər Dövlət X7 Yol patrul xidməti baş inspektoru, polis leytenantı Qasımov Süöyüb İsmayıl oğlunun xx xxxxxx 2020-ci il tarixli, TR ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 şikayətin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında vəkili Vəkil şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin DYPİ-nin Yol hərəkətinin təşkili şöbəsinin mühəndisi Qasımov Şüöyüb İsmayıl oğlu göstərmişdir ki, X2 barəsindəki xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol onun tərəfindən tərtib edilmişdir. Belə ki, çoxsaylı müraciətlərlə bağlı Çobanzadə küçəsindəki əraziyə baxış keçirmişlər. Gecə olduğuna görə kamera görüntüləri yoxdur. MTK-nın çəkdiyi hasar yol nişanının qarşısını kəsmişdir. Buna görə problem aradan qaldırılmaqla yanaşı protokol da tərtib edilmiş, X3 izahat edilmişdir ki, on gün ərzində şikayət verə bilər. Qərarın qəbul edilməsində iştirakı üçün həmin şəxsə məktub göndərilmiş, lakin gəlməmişdir. Aşkar olunmuş xətanı MTK-nın işçilərindən başqa kimsə edə bilməz. MTK rəhbərliyi bildirmişdir ki, obyektdə iş icraçısı Habil Mehrəliyevdir, ona görə protokol həmin şəxsin barəsində yazılmışdır. Hesab edir ki, tərtib etdiyi protokol və qəbul etdiyi qərar əsaslıdır. Şikayətin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X6 nümayəndəsi Nümayəndə göstərmişdir ki, kamera görüntüləri olmadığına görə sübuta yetirmək mümkün deyil. Hadisə yerinə baxış keçirilmiş, yol nişanının qarşısının hasarla bağlandığı müəyyən edilmişdir. MTK-nın tikinti apardığı ərazi olduğu və ərazi MTK-nın iş icraçısının tabeliyində olduğu üçün onun barəsində protokol tərtib edilmiş və inzibati qaydada tənbeh edilmişdir. Protokol yerində tərtib edilmişdir. Şikayətin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhər DYPİ Yol patrul xidməti baş inspektoru, polis leytenantı Qasımov Şuöyüb İsmayıl oğlu tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 xx xxxxxx 2020-ci il tarixdə saat 16:04-də B.Çobanzadə küçəsində avtomobil yollarında hərəkət halına yol vermiş, nəticədə Azərbaycan Respublikası İXM-nin 354.0.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; -Bakı şəhər DYPİ Yol patrul xidməti baş inspektoru, polis leytenantı Qasımov Şuöyüb İsmayıl oğlu tərəfindən qəbul olunmuş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X4 avtomobil yollarında hərəkət “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydaları pozmaqla reklam və digər məlumat qurğularının yerləşdirilməsinə görə xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 354.0.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 500 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 100.1, 100.1.4 və 100.1.5-ci maddələrinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi göstərilir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokolda “X2 xx xxxxxx 2020-ci il tarixdə saat 16:04-də B.Çobanzadə küçəsində avtomobil yollarında hərəkət halına yol verdiyi, nəticədə Azərbaycan Respublikası İXM-nin 354.0.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi” göstərilmişdir. Həmin maddənin tələbinə əsasən müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması, yəni avtomobil yollarında hərəkət təhlükəsizliyinə aid olmayan nişanların və göstəricilərin, reklam lövhələrinin və transparantların qurulması, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmayan yol nişanlarının yerləşdirilməsi, həmçinin “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydalar pozulmaqla, reklam və digər məlumat qurğularının yerləşdirilməsi sözügedən maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi “avtomobil yollarında hərəkət halına yol verilməsi” növündə inzibati xəta İXM-nin 354.0.5-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmamışdır, törədilən həmin əməlin inzibati xəta hesab olunması və məhz İXM-nin 354.0.5-ci maddəsinin təsiri altına düşməsi müəyyən deyil. Tərtib olunmuş inzibati xəta haqqında protokoldan fərqli olaraq, X2 barəsindəki mübahisələndirilən xx xxxxxx 2020-ci il tarixli qərarla o, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydaları pozmaqla reklam və digər məlumat qurğularının yerləşdirilməsinə görə təqsirli bilinərək inzibati qaydada tənbeh edilmişdir. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsinə əsasən avtomobil yollarının bilavasitə yaxınlığında yerləşdirilən və yol hərəkəti təşkilinin texniki vasitələrinə aidiyyəti olmayan reklam lövhələri və qurğular, elanlar və digər məlumat işarələri və göstəricilər yol şəraitinin qiymətləndirilməsinə mane olmamalı və onu pisləşdirməməli, həmçinin yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin Xİ hissəsinə əsasən yollarda yol nişanlarının qurulması və onların lazımi vəziyyətdə saxlanılmamasına nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. “Bakı Nəqliyyat Agentliyi”nin Əsasnaməsinin 3.0.6-cı bəndinə əsasən nəqliyyat axınının tənzimlənməsi üçün yol nişanlarını və svetoforları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X8 ilə razılaşdırmaqla quraşdırmaq və dəyişdirmək Agentliyin vəzifələrindən biridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Göründüyü kimi, X4 “məhz reklam və digər məlumat qurğularının yerləşdirilməsinə görə” təqsirli bilinərək inzibati qaydada tənbeh edilsə də, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, X2 iş icraçısı işlədiyi “xxxx” MTK-nın Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində inşa etdiyi binanın təhlükəsizlik məqsədi ilə çəkilmiş dəmir hasarının bayır tərəfində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində hasarın yaxınlığında mövcud olmuş yol nişanı qırılmışdır. Qırılaraq yerə düşmüş yol nişanı sonradan “xxxx” MTK-nın hasarının dirəyinə sancılmışdır. Lakin inzibati araşdırma zamanı yol nişanının MTK-nın hasarının dirəyinə məhz X4 tərəfindən sancılması, yerləşdirilməsi, yol nişanını quraşdırmaq, dəyişdirmək və ya bundan irəli gələn digər işlərin görülməsinin onun vəzifəsi olub-olmaması, ümumiyyətlə, onun inzibati xəta törətməkdə təqsiri müəyyən edilməmişdir. Məhkəmə diqqəti xüsusən o hala yönəldir ki, X2 təqsirli bilindiyi İXM-nin 354.0.5-ci maddəsi ilə nəzərdə tutulmuş: -avtomobil yollarında hərəkət təhlükəsizliyinə aid olmayan nişanların və göstəricilərin, reklam lövhələrinin və transparantların qurulması; -“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmayan yol nişanlarının yerləşdirilməsi; -“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydalar pozulmaqla, reklam və digər məlumat qurğularının yerləşdirilməsi; inzibati xətanın əlamətlərindən hər hansı birinin onun tərəfindən törədilməsi, bu əlamətlərə malik xətaya görə təqsirli olması öz təsdiqini tapmır. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə işin faktiki müəyyən olunmuş hallarını nəzərə alaraq və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən hesab edir ki, X2 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, X2 əməlində Azərbaycan Respublikası İXM-nin 354.0.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından şikayət təmin olunaraq, mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi X1 Azərbaycan Respublikası İXMnin 354.0.5-ci maddəsi ilə 500 manat məbləğində inzibati cərimə edilməsinə dair xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-116/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-116/2021
03.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver