Məhkəmə qərarları › İş №3(007)-1160/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1160/2020

12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1160/2020 12.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X5 iştirakı ilə, X5, xx xxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 26 saylı evin 90 saylı mənzilində qeydiyyatda olan və yaşayan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol-patrul xidməti baş inspektoru, polis leytenantı X1 inzibati xəta haqqında xx xxx 2020-ci il tarixli, İXP seriyalı, ******* saylı protokol əsasında qəbul etdiyi inzibati xəta haqqında iş üzrə xx xxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol-patrul xidməti baş inspektoru, polis leytenantı X2 tərəfindən xx xxx 2020-ci il tarixdə Bakı şəhəri, S.Vurğun küçəsində karantin rejiminin tələblərinə riayət etməməsinə görə X5 barəsində xx xxx 2020-ci il tarixli, İXP seriyalı, ******* saylı protokol tərtib edilmişdir. Həmin tarixdə isə həmin protokol əsasında N.V.Cəfərli Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq, barəsində 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə X6 Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol-patrul xidməti baş inspektoru, polis leytenantı X1 inzibati xəta haqqında xx xxx 2020-ci il tarixli, İXP seriyalı, ******* saylı protokol əsasında qəbul etdiyi inzibati xəta haqqında iş üzrə xx xxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı qərarından şikayətlə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, inzibati xəta haqqında iş üzrə həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X6 məhkəmə iclasında şikayətini müdafiə edərək, bildirdi ki, xx xxx 2020-ci il tarixdə o, xalası X3 məxsus **-NB-*** dövlət nömrə nişanlı “Volkswagen Polo” markalı avtomaşında sərnişin kimi hərəkətdə olduqları zaman, saat 16-00 radələrində onları Rəşid Behbudov küçəsində qurulmuş postda saxlamışlar və icazəli olduqlarını öyrənib hərəkəti davam etdirmələrini bildirmişlər. Təxminən 1-2 dəqiqə sonra Səməd Vurğun küçəsindəki postda onları yenidən saxlamışlar. Orada olan polis əməkdaşı onun telefonunu əlinə alaraq baxmış və demişdir ki, “icazəni təzə almısınız”. O, bildirmişdir ki, təxminən 15 dəqiqə öncə icazə almışdır. Bundan sonra polis əməkdaşı yola davam etmələrini bildirmişdir. Həmin vaxt, polis əməkdaşı tərəfindən digər hər hansı bir irad bildirilməmiş, məlumat verilməmiş, hər hansı bir sənəd tərtib olunmamışdır. xx xxx 2020-ci il tarixdə qeydiyyatda olduğu ünvana Nəsimi RPİ DYPŞ-dən məktub daxil olmuşdur. Həmin məktubda İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərar var olmuşdur. Qərarda onun xx xxx 2020-ci il tarixdə saat 15-00-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, Epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin rejimlərinin pozulması halına (hallarına) yol verdiyi üçün inzibati qaydada 100 (bir yüz) manat məbləğində cərimə olunmağı göstərilmişdir. Qərar Nəsimi rayon DYPŞ yol Patrul Xidməti baş inspektoru polis leytenantı X2 tərəfindən imzalanmışdır. Lakin qərarda imzanı təsdiq edən hər hansı möhür və ya ştamp mövcud deyil. Bundan başqa, tərəfindən inzibati xətanın guya saat 15- 00-da törədilməsi göstərilmişdir, halbuki sənədləri saat 16-00 radələrində yoxlanılıb və saat 15- 00-da o, ümumiyyətlə Səməd Vurğun küçəsində olmamışdır. Bunun sübut olunması üçün sərnişini olduğu avtomaşının saat neçədə həmin sahədə hərəkətdə olduğunu təhlükəsiz şəhər kameralarından görüntüləri əldə etməklə müəyyən etmək olar. Bundan əlavə, nə yerində barəsində protokol və ya qərar tərtib olunmamış, nə də mobil telefonuna hər hansı bir məlumat daxil olmamışdır ki, bununla da polis əməkdaşı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124 və 125-ci maddələrinin tələbləri pozulmuşdur. Halbuki qərarda guya barəsində İXP3252261 saylı protokol tərtib edildiyi qeyd olunur, protokol və qərar eyni gündə qəbul edilmişdir. Ona sənədləri yoxlanılarkən heç bir sənəd təqdim olunmamış, protokol təqdim edilməmiş, protokolla razı olub-olmadığı barədə sual edilməmişdir ki, bununla da polis əməkdaşı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələbləri pozulmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, qərar əsassızdır və inzibati xəta hadisəsi olmamışdır. Belə ki, Koronovirııs (COVİD-19) infcksiyasıııın yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsıısi karantin dövründə 65 yaşına çatmamış vətəndaşlara yalnız SMS vasitəsilə icazə alaraq yaşayış yerini tərk etməyə icazə verilir ki, bunu da o, etmişdir və xx xxx 2020-ci il tarixdə saat 16-00 radələrində Səməd Vııığun küçəsində yoxlama zamanı SMS icazəni polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşının onun sənədlərini saat 15-00-da yoxlaması və icazəsinin olmaması ilə bağlı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərini pozmaqla tərtib etdiyi qərar saxtakarlığa yol vermək cəhdidir və qanunla cəzalandırılır. Buna görə də N.V.Cəfərli Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol-patrul xidməti baş inspektoru, polis leytenantı X1 inzibati xəta haqqında xx xxx 2020-ci il tarixli, İXP seriyalı, ******* saylı protokol əsasında qəbul etdiyi inzibati xəta haqqında iş üzrə xx xxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol-patrul xidməti baş inspektoru, polis leytenantı X1 inzibati xəta haqqında xx xxx 2020-ci il tarixli, İXP seriyalı, ******* saylı protokol əsasında qəbul etdiyi inzibati xəta haqqında iş üzrə xx xxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan xx xxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol-patrul xidməti baş inspektoru, polis leytenantı X2 tərəfindən xx xxx 2020-ci il tarixdə Bakı şəhəri, S.Vurğun küçəsində karantin rejiminin tələblərinə riayət etməməsinə görə X5 barəsində xx xxx 2020-ci il tarixli, İXP seriyalı, ******* saylı protokol tərtib edilmişdir. Eyni tarixdə isə həmin protokol əsasında N.V.Cəfərli Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq, barəsində 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 121-ci maddəsinə əsasən bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, inzibati xəta haqqında xx xxx 2020-ci il tarixli, İXP seriyalı, ******* saylı protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə xx xxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı qərar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı təmin edilmədən Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmaqla qəbul edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası İXM-nin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs N.V.Cəfərliyə hüquq və vəzifələri izah edilməmiş, həmin protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs tərəfindən imzalanmamış və həmin şəxsin protokolu imzalamaqdan imtina etməsi barədə müvafiq qeyd aparılmamışdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən maddəsinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol-patrul xidməti baş inspektoru, polis leytenantı X1 inzibati xəta haqqında xx xxx 2020-ci il tarixli, İXP seriyalı, ******* saylı protokol əsasında qəbul etdiyi inzibati xəta haqqında iş üzrə xx xxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinəgöndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X5 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol-patrul xidməti baş inspektoru, polis leytenantı X1 inzibati xəta haqqında xx xxx 2020-ci il tarixli, İXP seriyalı, ******* saylı protokol əsasında qəbul etdiyi inzibati xəta haqqında iş üzrə xx xxx 2020-ci il tarixli, TP seriyalı, ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar