Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1162/2020 13.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə, Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nin sahə rəisi Q.Kərimov tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nin sahə rəisi Q.Kərimov tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə günorta radələrində Xəqani küçəsiylə (Xəqani bağı) Xəqani 43 ünvanında yerləşən işlədiyi Azərbaycan Rəssamlar İttifaqına piyada gedərkən PPX avtomobilində olan özünü təqdim etməyən bir polis əməkdaşı Azərbaycan Respublikası vətəndaşı ilə səlahiyyətli şəxslərin müvafiq dövlət qulluğu vəzifələrini yerinə yetirdiyi zaman normativ inzibati-hüquq müraciət qaydalarını kobud şəkildə pozaraq, PPX avtomobilindən düşməyərək 3 metr məsafədən qışqırıb “hanı sənin maska və əlcəyin” sualını vermişdir. Buna cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın göstərişinə əsasən qapalı sahələr və kütləvi toplaşma açıq hava məkanları istisna olmaqla, vətəndaşların fərdi qorunma vasitələrindən istifadəsi məcburi deyil, yalnız tövsiyə xarakteri daşıyır. O zaman adını bilmədiyi və hələ də özünü təqdim etməkdən imtina edən polis əməkdaşı avtomobildən düşərək, “Xəqani” ticarət mərkəzinin yanında qurulmuş könüllü PPX açıq hava məntəqəsindəki baş leytenant rütbəli sahə rəisinin yanına onu apararaq ona “Bu adam karantin rejimini pozur” demişdir. Eyni izahatı yenə də özünü təqdim etməyən sahə rəisinə verdikdən sonra, o, Nazirlər Kabinetinin yanında Azərbaycan Respublikası Operativ Qərargahın vətəndaşların fərdi qorunma vasitələrindən istifadəsinə dair təlimatları qeyri-qanuni şəkildə pozaraq onu 39 saylı Polis Bölməsinə eyni avtomobillə aparılmağı barədə göstəriş vermişdir. xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarlarında vətəndaşların fərdi qoruyucu vasitələrdən istifadəsi və müvafiq halda tətbiq edilən inzibati xətalar rəsmi şəkildə əksini tapmamışdır. Bu barədə əhaliyə polis əməkdaşları açıq havada yalnız məlumat və tövsiyə üçün yaxınlaşıb saxlaya bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargaha istinad edərək vətəndaşın bölməyə aparılması səlahiyyətli şəxsin vəzifə səlahiyyətlərindən qeyriqanuni istifadəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın adından qeyri-düzgün məlumatın verilməsi və Azərbaycan Respublikası Konstitusiyası ilə təyin edilmiş Azərbaycan Respublikası vətəndaşı hüquqlarının pozulmasıdır. xx xxx 2020 - 15:50 tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında X3 karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə 189 saylı qərarla insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Baş verən hadisə isə xx.xx.2020-ci il tarixə aiddir, bu tarixdə heç bir əlaqədar rəsmi normativ akt mövcud deyildir. Bütün bunları nəzərə almayaraq Səbail rayon Polis Bölməsinin 39 saylı polis sahə rəisi, kapitan X2 onun barəsində “Karantin rejiminin pozulması barədə” protokol tərtib etmişdir. Onun maska və əİcəkləri olmadığı üçün protokol tərtib edilirmi sualına cavab olaraq bildirmişdir ki, saxlanmağının səbəbi karantin rejiminin pozulmasıdır və 100 AZN cərimə ediləcəkdir. O, sərbəst hərəkət üçün arayışının olması və 5 dəqiqə ərzində təqdim etməyə hazır olduğunu (bölmə ilə iş yeri arasında faktiki 400 metr məsafə vardı) bildirsə də sahə rəisi rədd edərək icra sənədi gəldiyində arayışını göstərməyinin kifayət edəcəyini bildirmişdir. Bu da sonradan göstərdi ki, qəsdən yaxud qəsdsiz şəkildə sahə rəisi tərəfindən səlahiyyətindən sui-istifadə yaxud vətəndaşı səhv yönləndirərək prosedurun uzanmasına səbəb olmuşdur. Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 120 saylı, xx xxxx 2020-ci il tarixli qərarının 4.7.9-cu maddəsinə əsasən, xx xxxxx 2020-ci il tarixə dizayn xidmətlərinin göstərilməsi qanunidir. Məlumatların işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edilməsi ilə icazənin alınması məsələsini tənzimləyən normativ-hüquqi akt - Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 122 saylı, x xxxxx 2020-ci il tarixli qərarı - 02 aprel tarixdə saat 19:55-də “cabmin.gov.az” vebsaytında dərc olunmuşdur. Onu isə 01 aprel tarixində saxlayaraq qeyri-qanuni bölməyə aparmışlar. Qeyd edilən qərarın 1-ci bəndinə əsasən, orada göstərilən qaydalar x xxxxx 2020-ci il tarixdən qüvvəyə minmişdir. DİN-nin vebsaytında və “ASAN.AZ” portalında yerləşdirilmiş ödəniş sistemində protokolun nömrəsi göstərilməmiş, onun saxlanılma tarixi xx.xx.2020-ci il olduğu təqdirdə, xx.xx.2020-ci il kimi göstərilmiş, barəsində seçilmiş inzibati tənbehin ödənilməsi hissəsində protokolun yaranma tarixi xx xxxxx 2020-ci il göstərilmişdir. Halbuki bu xx.xx.2020-ci il tarixdə baş vermişdir. Bu təsadüfi deyil, ona görə ki, xx xxxxx 2020-ci il tarixə görə (“xətanın” törədildiyi tarix) ona təqdim edilmiş inzibati xəta haqqında protokol və qəbul edilmiş qərar qanunsuz olmuş və yalnız tarixləri dəyişdirməklə protokol və qərar “qanuniləşib”. xx.xx.2020-ci il tarixdə Nizami rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli “İcraata başlamaq haqqında'’ qərarı məktubla onun ünvanına gəldikdə, icra məmuru Əlihüseyn Aslanov ilə dərhal əlaqə saxlamış və icra məmuru onun xx.xx.2020-ci il tarixdə Nizami rayon İcra və Probasiya şöbəsinə gəlib məsələni aydınlaşdırmağı bildirmişdir. Bu zaman inzibati xəta haqqında protokolu bölmədən almağını bildirsə də həmin gün bölmədən ona sənədin əslinin probasiya şöbəsində olduğu demişlər. O, Ə.Aslanovla telefon əlaqəsi saxlayıb bu məlumatı bildirdikdə protokola ehtiyac olmadığını və onsuz da şikayət ərizəsini məhkəməyə təqdim edə biləcəyini qeyd etmişdir. Protokolun surətini xx.xx.2020-ci ildə icra məmurundan əldə edə bilmişdir. xx.xx.2020-ci il tarixdə “asanpay.az” portalında barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol yuxarıda qeyd etdiyi səhv məlumatlarla dərc edilmişdir ki, həmin sənədin səhv məlumatlarla tərtibi, həmçinin icraya göndərilməsi və qanunsuz şəkildə tərtib edilən sənədin icraatının həyata keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasıyla tənzimlənir. Sözügedən inzibati xəta haqqında qərar İnzibati Xətalar Məcəlləsi və Nazirlər Kabinetinin müvafiq koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair 120 və 122 saylı qərarları ilə təsbit edilmiş qaydalarına zidd olaraq tərtib edilmiş və beləliklə tamamilə qanunsuzdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X4 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Bakı şəhəri Səbail RPİ-nin 39cu PB-nin sahə rəisi Q.Kərimov tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Səbail RPİ-nin 39-cu Polis Bölməsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhəri Səbail RPİ-nin 39-cu Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nin sahə rəisi Q.Kərimov tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinin tələblərini pozmuşdur. Nəticədə X4 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. - Azərbaycan Rəssamlar İttifaqı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 023 nömrəli arayışdan görünür ki, X4 Azərbaycan Rəssamlar İttifaqının üzvüdür və Rəssamlar İttifaqında kompüter dizayneri vəzifəsində işləyir. Karantin dövründə Rəssamlar İttifaqının fəaliyyətində yaranmış zərurətə görə iş yerinə gəlməyi məqsədəuyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə xx.xx.2020-ci il tarixli, 189 nömrəli qərarının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. Həmin Qərarın 3-cü hissəsinə əsasən Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx.xx.2020-ci il tarixli, 120 nömrəli qərarının 1-ci hissəsinə əsasən koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılmışdır. Həmin qərarın 4-cü hissəsinə əsasən bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə dizayn xidmətləri üzrə fəaliyyətin davam etdirilməsinə icazə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Məhkəməyə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında MN seriyalı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasını təsdiq edən sübut təqdim olunmamışdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nin sahə rəisi Q.Kərimov tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nin sahə rəisi Q.Kərimov tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva .
Məhkəmə qərarları › İş №3(007)-1162/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1162/2020
13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver