Məhkəmə qərarları › İş №3(007)-1165/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1165/2021

29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1165/2021 29.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, şikayətçi X2, qərarından şikayət verilmiş orqan – Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İnzibati tənbehin ləğv olunmasına dair X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayətlə müraciət edərək inzibati tənbehin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Qarabağ müharibəsi veteranıdır, 3-cü qrup əlildir, heç yerdə işləmir. Taksi fəaliyyəti ilə məşğul olub birtəhər öz ailəsini saxlayır. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Həsən Salmani küçəsində ona Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati tənbeh (BNA – 1273915) yazılmışdır. Şəkildə göründüyü kimi o, “STOP” işarəsi olan yerdə dayanıb növbəti manevr etməyə hazırlaşmışdır. Burda heç bir qayda pozuntusu olmamışdır. Məhkəmə iclasında şikayətçi X5 şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “Mercedes ML320” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili xx.xx.2021-ci il tarixdə o, idarə etmişdir. Lakin həmin zaman onun avtomobilini heç kim saxlamamışdır. Sonradan ona məlumat gəlmişdir ki, guya onun avtomobilini saxlamışlar və cərimə olunması barədə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar əsassızdır. Məhkəmədən hüquqları Bakı Nəqliyyat Agentliyi tərəfindən kobudcasına pozulduğuna görə yazılmış inzibati tənbehin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol X4 barəsində tərtib edilmiş və xx.xx.2021-ci il tarixdə onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X4 barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət X6 tərəfindən deyil, X5 tərəfindən verilmişdir. Qanunvericilikdə inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək hüququ olan subyektlərin dairəsi dəqiq göstərilmişdir. Həmçinin xx.xx.2021-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə cərimə artıq ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 20 manat məbləğində cərimə edilmişdir. - “BNA web portalı”ndan çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə 20 manat cərimə ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016-cı il tarixli qərarında Plenum qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində şikayət vermək hüququ olan subyektlərin dairəsi dəqiq göstərildiyinə görə geniş təfsir edilə bilməz və yalnız həmin maddədə sadalanan şəxslər inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar X2 barəsində deyil, X4 barəsində qəbul edilmiş, həmin qərarla X6 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 manat məbləğində cərimə edilmiş və həmin cərimə ödənilmişdir. xx.xx.2021-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət X6 tərəfindən deyil, X5 tərəfindən verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, X2 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 inzibati tənbehin ləğv olunması barədə şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar