Məhkəmə qərarları › İş №3(007)-1166/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1166/2022

13.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1166/2022 13.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X4 iştirakları ilə, xx.xx.1978-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olan, Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli, 2(007)- 1530/2019 saylı icra vərəqəsinə əsasən, tərəflərin birgə nikahından doğulmuş 25 sentyabr 2007-ci il təvllüdlü X2 və 25 sentyabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatan kimi saxlanmaları üçün Şəxs hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat məbləğində aliment X1 xeyrinə tutulması qət edilmişdir. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzürsüz səbəbdən icra sənədini icra etməmiş və nəticədə Şəxs icra sənədi üzrə 9020 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və məhkəmə qətnaməsini icra etməməkdə özünü təqsirli bilməyərək, bildirdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli, 2(007)- 1530/2019 saylı icra vərəqəsi üzrə borcunu ödəməkdən yayınmır. Öhdəliyində olan aliment borcundan heç bir ödəniş etmək niyyəti yoxdur.Belə ki, övladları, 25 sentyabr 2007-ci il təvllüdlü X2 və 25 sentyabr 2007-ci il təvəllüdlü X3 onunla görüşmələrinə razılıq verilmir və uzun müddətdir onları görmür.Sonda Şəxs göstərilənləri nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X6 məhkəmədə bildirdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli, 2(007)-1530/2019 saylı icra sənədi şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmışdır. Hazırda Şəxs 9020 manat ödəniş etmişdir. Borclu Şəxs bu günədək yaranmış borcunu ödəməsi tələb olunduqda, o, borcunu tam olaraq nə vaxt ödəyəcəyini bilmədiyini bildirmişdir. Şəxs əmlak vəziyyəti yoxlanılmış, adına hər hansı daşınmaz əmlak, bank hesabları və ya nəqliyyat vasitəsi aşkar edilməmişdir. Beləliklə, Şəxs aliment üzrə yaranmış borcunu ödəməsi tələb olunsa da, o, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işin hallarını, eləcə də məhkəmə iclasındakı davranışını nəzərə almaqla, onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun azadlığının faktiki məhdudlaşdığı vaxtdan, yəni 13 may 2022-ci il, saat 12:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbslə tənbeh edilsin. Həbsetmənin əvvəli 13 may 2022-ci il, saat 12:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar