Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-117/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, Ömrümov Nicat Məhərrəm oğlunun Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ömrümov Nicat Məhərrəm oğlu Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxx 2019-cu il tarixdə “X4 Rover” markalı, SALGA2BK1JA380802 ban nömrəli, qara metallik rəngli, 2017-ci il buraxılışlı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini almışdır. Alqı-satqı müqaviləsindən sonra avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını **-FS-***-ə dəyişmişdir. xx xxx 2020-ci il tarixdə sözügedən avtoqnəliyyat vasitəsini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-20 saylı, xx xxxxxxxx 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”na əsasən “xxxx” ASC-də sığorta etdirmişdir. Sığorta razılaşmasına əsasən ona ********** saylı sığorta şəhadətnaməsi verilmişdir. Əldə olunmuş razılaşmadan təxminən 10 gün sonra “xxxx” ASC-nin Oruc adlı işçisi zəng vuraraq onunla görüşmək istədiyini bildirmişdir. İşlərinin çox olması ilə bağlı onunla tələsik Bakı şəhəri, Yasamal rayonu ərazisində olan “Qələbə” dairəsində görüşmüşdür. Görüş zamanı Oruc ona bəzi suallar verərək özündə qeydlər aparmışdır. Suallardan biri də sığorta etdirdiyi “X4 Rover” markalı, SALGA2BK1JA380802 ban nömrəli, qara metallik rəngli, 2017-ci il buraxılışlı avtonəqliyyat vasitəsi ilə son üç il ərzində təqsirkar və ya zərərçəkmiş şəxs qismində yol-nəqliyyat hadisələrində iştirak edib-etməməyi olmuşdur. O da verilən suala cavab olaraq, qeyd olunan sığortalı avtonəqliyyat vasitəsini yeni aldığını və bu avtonəqliyyat vasitəsi ilə ümumiyyətlə yol-nəqliyyat hadisəsi törətmədiyini bildirmişdir. Görüşün yekununda Oruc adlı şəxs qeydlərini bitirərək ona kasko sığortası üzrə qiymətləndirmə sistemi vərəqəsinə qol çəkdirmişdir. O cümlədən bu sorğu-sualın yalnız onlar üçün əhəmiyyətli olmasını söyləmişdir. Lakin sonradan bilmişdir ki, “xxxx” ASC-nin Oruc adlı işçisi yanlış və aldadıcı məlumatlar verməklə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-20 saylı, xx xxxxxxxx 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 17.4-cü hissəsində müəyyən edilmiş məhdudiyyətlərdən başqa digər məhdudiyyətləri də xx xxx 2020-ci il tarixli, ********** saylı sığorta müqaviləsinə daxil etmək istəmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 21:29 radələrində Bakı-Qazax yolunun 243-cü km-də yuxarıda qeyd elədiyi sığortalı “X4 Rover” markalı, SALGA2BK1JA380802 ban nömrəli, qara metallik rəngli, 2017-ci il buraxılışlı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə yolnəqliyyat hadisəsi törətmişdir. Hadisədən sonra dərhal polis və “xxxx” ASC işçilərinə məlumat vermişdir. Hər iki qurum işçiləri hadisə yerinə gəlmişlər. Müstəqil ekspert rəyinə və təmir müəssisəsinin hesablamasına əsasən avtonəqliyyat vasitəsinə 62.330 manat məbləğində zərər dəymişdir. AR DİN BDYPİ Vİİİ Tağımının YPX inspektoru, polis baş serjantı X2 xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar çıxarmışdır. Qərarın surəti və digər sənədlər xx xxxxxx 2020-ci il tarixində ona təqdim edilmişdir. O, sözügedən yol-nəqliyyat hadisəsi baş verən zaman öz əməlinin zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görməmişdir, hadisənin baş verməsini arzu etməmişdir. Nəticədə ehtiyatsızlıqdan inzibati xəta törətmişdir. Lakin inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən zaman YPX inspektoru X2 tərəfindən bu hallar nəzərə alınmamışdır. AR DİN BDYPİ Vİİİ Tağımının YPX inspektoru, polis baş serjantı X1 qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın yenidən araşdırılması üçün ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərardan şikayət vermiş Ömrümov Nicat Məhərrəm oğlu və qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Vİİİ tağımının YPX inspektoru, polis baş serjantı X2 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 21:29da Bakı-Qazax yolunun 243-cü km-də “X4 Rover minik” markalı ** FS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Ömrümov Nicat Məhərrəm oğlu Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 40 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Şikayətin məzmunundan görünür ki, Ömrümov Nicat Məhərrəm oğlunun şikayətinin əsasını onun sözügedən yol-nəqliyyat hadisəsi baş verən zaman öz əməlinin zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmədiyi, hadisənin baş verməsini arzu etmədiyi, nəticədə ehtiyatsızlıqdan inzibati xəta törətdiyi, lakin inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən zaman YPX inspektoru tərəfindən bu halların nəzərə alınmadığı təşkil edir. Məhkəmə qeyd edir ki, qərardan şikayət vermiş Ömrümov Nicat Məhərrəm oğlu faktiki olaraq inzibati xəta hadisəsinin törədildiyini və xətaya görə təqsirinin olduğunu etiraf edir, bununla da, Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrində nəzərdə tutulan hallar, yəni inzibati xəta hadisəsinin (inzibati xətanın) törədildiyi; inzibati xəta törətmiş şəxs və inzibati xəta törətməkdə şəxsin təqsiri Ömrümov Nicat Məhərrəm oğluna münasibətdə müəyyən edilmişdir. Şikayətdə irəli sürülən ümumilikdə dəlillər isə, mübahisələndirilən qərarın yenidən araşdırmaya göndərilməsinə əsas hesab oluna bilməz. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, inzibati xətalar qanunvericiliyinin istinad olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, Ömrümov Nicat Məhərrəm oğlunun Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın yenidən araşdırılması məqsədilə ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir, odur ki, Ömrümov Nicat Məhərrəm oğlunun həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ömrümov Nicat Məhərrəm oğlunun, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-117/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-117/2021
22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver