Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1179/2024 23.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X7 iclas katibliyi, X1 və Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru X5 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin xx.xx.2024cü il tarixli, İXP ******* saylı protokolundan və onun əsasında qəbul edilmiş qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin xx.xx.2024cü il tarixli, İXP ******* saylı protokolundan və onun əsasında çıxarılmış qərarından şikayət verərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, o, ailə üzvləri ilə birlikdə yuxarıda qeyd olunan ünvanda yaşayır, fərdi əməklə məşğul olur, Birinci Qarabağ müharibəsi nəticəsində yaşadığı Ağdam şəhəri erməni işğalçıları tərəfindən işğal edildikdən sonra ailəliklə məcburi köçkün kimi Bakı şəhərində məskunlaışıb burada yaşayır. Ailəlidir, himayəsində 3 azyaşlı uşağı, eyni zamanda yaşlı və xəstə ata və anası var. Ailədə yeganə işləyən şəxsdir. Baş etibarnamə ilə X16 minik markalı, 90KY207 dövlət qeydiyyat nişanlı avtomobili idarə edir, avtomobil idarə etməyə hüquq verən sürücülük vəsiqəsi də var. 03 fevral 2024-cü il tarixdə, saat 10:30-da valideyni xəstə olduğuna görə aptekdən dərman almaq üçün həmin avtomobillə Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi ilə aptek axtarmaq üçün saatda 30- 40 km sürətlə hərəkətdə olduğu zaman arxasıyca gələn DYP avtomobilndən avtomobilini saxlamaq barədə işarə gəlmişdir. O, idarə etdiyi həmin avtomobili hərəkət yolunun sağına verib saxlamışdır. Lakin DYP maşınından düşüb gələn və ona yaxınlaşan, özünü təqdim edən polis əməkdaşı olmadığını görüb o, özü idarə etdiyi avtomobildən düşərək DYP maşınına yaxınlaşmışdır. Həmin avtomobili idarə edən tanımadığım polis əməkdaşı ona “nə üçün avtomobili sərxoş vəziyyətdə idarə edirsən” demiş, o isə polis əməkdaşına spirtli içki qəbul etmədiyini və sərxoş olmadığını bildirmişdir. Bu zaman həmin polis əməkdaşı onu Nizami RPİ-nin DYP-nin inzibati binasına dəvət etdi və orada sürücülük vəsiqəmə və avtomobilin texniki pasportuna baxmaq istədiyini bildirdi. O da həmin sənədləri sonradan adını və soyadını bildiyi X6 təqdim etmişdir. Həmin polis əməkdaşı şöbədə ona təkidlə bildirdi ki, sərxoş vəziyyətdə avtomobil idarə edirsən. O, dəfələrlə ona bildirmişdir ki, spirtli içki qəbul etməmiş və sərxoş deyil. O, orada olan aparata üfürməyini tələb etmişdi və o dadə onun təqdim etdiyi aparata üfürmüşdür. Məlum olmuşdur ki, spirtli içki qəbul etməmişdir. Onu şöbədə iki saata yaxın saxlamış, ona qarşı hörmətsizlik və kobudluq etmiş, onu ələ salmış, sərxoş vəziyyətdə avtomobil idarə etməyini etiraf etməsə buradan getməyəcəyini bildirmişlər. O artıq yorulduğunu, evdə dərman gözləyən xəstəsi olmasını fikirləşib onları başdan etmək üçün bildirmişdir ki, “nə deyirsiniz yazım, məndən əl çəkin “. Onlar bildirmişlər ki, yazmalısan ki, spirtli içki qəbul etmisən. O da polis əməkdaşlarından canımı qurtarmaq üçün onların verdiyi ağ kağıza dünən pivə qəbul etdiyini yazmışdır. X14 adlı polis əməkdaşı onun barəsində İXP ******* saylı protokol tərtib etmişdir. Həmin protokol saxtadır və heç bir hüquqi əsası yoxdur. Çünki tərtib edilmiş həmin protokolda: inzibati xətanın aşkar edilməsində istifadə olunan texniki vasitə göstərilməmişdir, inzibati xəta şahidləri olmamış və imzaları olmamışdır, inzibati xətanın nəticəsi barədə heç bir qeyd yoxdur, inzibati xəta iştirakçılarının hüquq və vizifələrinə dair heç bir qeydiyyat yoxdur, əgər əməlimdə inzibati xəta olmuşdursa bu barədə izahatım və ya vəsatətim həmin protokolda qeyd edilməli idi, inzibati protokolun surətinin mənə veriılməsinə dair heç bir izahat işi aparılmamış və mənə imzalatdırılmamışdır. Həmin protokolda göstərilir ki, guya o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3. və 333.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3. maddəsində göstərilir ki, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə və 333.1-ci maddəsində göstərilir ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilməli və ya nəqliyyat vasitəsini idarə etmək hsüququm altı ayadək məhdudlaşdırılmalı idi. Yuxarıda göstərdiyi kimi onun hərəkətlərində heç bir ”Yol hərəkəti qaydaları”nın pozulması və ya inzibati xəta olmamışdır. O, ağ kağıza guya bir gün əvvəl pivə içmişəm sözü yazandan sonra polis əməkdaşı İlqar Cəbrayıllı sürücülük vəsiqəsini özündə saxlamaqla onu oradan buraxmış və o da spirtli içki qəbul etmədiyinə və sərxoş olmadığına görə dərhal elə oradan birbaşa yaxınlıqda olan tibb müəssisəsinə gedərək həmin günü saat 12:40-da ayıq olmağı, spirtli içki qəbul etmədiyinə dair 2/6240 saylı protokol almışdır. Əgər onun hərəkətlərində “Yol hərəkəti qaydaları’nın tələblərinə uyğunsuzluq və ya əməlində inzibati xəta olmuşdursa, polis əməkdaşları buna dair foto və ya videogörüntü təqdim etmələrini xahiş edir. Yuxarıda göstərilənlərə əsasən əməlində heç bir inzibati xəta olmadığına görə polis əməkdaşı X9 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli saxta protokolun və həmin protokol əsasında tərtib edilmiş qərarın qanunsuz və əsassız olmasına görə ləğv edilməsi barədə qərar qəbul edilməsini, sürücülük vəsiqəsinin özünə qaytarılmasına dair göstəriş verilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru X9 məhkəmə iclasında çıxış edərək bildirdi ki, X8 xx.xx.2024-cü il tarixdə, saat 10:00-11:00 radələrində idarə etdiyi “X16” minik markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılmış, onun içkili olduğuna şübhə yarandığı üçün müayinəyə dəvət edilmiş, alkotester vasitəsi ilə yoxlanılmış və içkili olduğu müəyyən olunmuşdur. Sürücü özü də səmimi olaraq spirtli içki qəbul etdiyini etiraf etmiş və bu barədə izahat yazmışdır. Bu zaman protokol tərtib olunmuş və həmin protokol artıq baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq, şikayəin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlkarını dinləyərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, hazırda qüvvədə olan İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən DİN Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokola əsasən X3 Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş alkotester nəticəsinə əsasən X4 qanında alkoqol konsentrasiyasının miqdarı 0,507 promil müəyyən edilmişdir. Şəxs tərəfindən verilmiş izahatda spirtli içki qəbul etdiyini etiraf etmiş, həkim müayinəsinə ehtiyac olmadığını qeyd etmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan inzibati xəta haqqında protokol, alkotester nəticəsi, izahata əsasən X4 həmin inzibati xətanı törətməsi təsdiq edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin xx.xx.2024cü il tarixli İXP ******* saylı protokoldan və onun əsasında qəbul edilmiş qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-1179/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1179/2024
23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver