Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-118/2025 04.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Əbdüləli Bağırlının iştirakı ilə, Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, 2-ci eninə, ev 2 ünvanında yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC tərəfindən 7.250.000 Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, həmin məbləğdən 2.083.200 Rusiya rublu məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qeri qaytarılmamışdır. Bununla da o, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs MMC-nin nümayəndəsi Əbdüləli Bağırlı məhkəmə iclasında təqdim etdikləri etirazın məzmununa uyğun izahat verərək bildirdi ki, protokolda pul vəsaitinin xx.xx.2022-ci il tarixdə xaricə köçürülməsi, 2 il müddət keçsə də, 2.083.200 Rusiya rublu vəsait hesabına alınan malları ölkəyə idxal edilməməsi və ya həmin valyuta vəsaitini geri qaytarmaması qeyd edilmişdir. Bununla əlaqədar təqdim edilmiş yük gömrük bəyannamələrindən görünür ki, açıq qalan məbləğ dəyərində mallar ölkəyə idxal edilmişdir. Sadəcə sənədləşmə işlərində müəyyən səhvlər baş verdiyindən anlaşılmazlıq yaranmış, hüquqi şəxs barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə müraciət təqdim edilmişdir. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə məhkəməyə etdiyi müraciətdə işin məhkəmənin mülahizəsinə uyğun həll olunmasını xahiş etmişdir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Əbdüləli Bağırlının məhkəməyə təqdim etdiyi **********4223 saylı xx.xx.2022-cü il tarixli və **********5544 saylı xx.xx.2022-ci il tarixli gömrük bəyannamələrinə əsasən mallar xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixlərdə ölkəyə idxal edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan MMC-nin nümayəndəsinin protokolun tərtib olunmasına əsas olmuş məbləğ hesabına idxal olunmasını iddia etdiyi mallar məbləğin xaricə köçürüldüyü xx.xx.2022-ci il tarixindən əvvəl, xx.xx.2022-ci il və xx.xx.2022-ci tarixdə ölkəyə idxal olunmuşdur. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə idxal olunmuş malların xx.xx.2022-ci il tarixdə köçürülən məbləğ hesabına alınmasını təsdiq edən hər hansısa sübut isə MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, protokolun tərtib olunmasına əsas verən "xxxx" tərəfindən təqdim olunmuş məktuba əsasən YGB-nin rəsmiləşdirmə tarixi xx.xx.2022-ci il tarixli olduğundan uyğunsuzluq müəyyən edilmiş və 2.083.200 Rusiya Rublu məbləğində vəsait bağlanmamışdır. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, KB-255/2-203/2024 saylı məktubu ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 2.083.200 Rusiya rublunun 20%-i məbləğində, yəni 416.640 Rusiya rublu (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-118/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-118/2025
04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver